Abşeron Rayon İcra Hakimiyyətinə məxsus sənədi saxtalaşdıraraq tikintiyə icazə verən şəxs ifşa edildi

Bu haqda mediada geniş xəbərlər dərc olundu. Cumhuriyyet.az həmin məlumatla bağlı oxuculara xatırladır ki, Abşeron rayon İcra Hakimiyyətindən polisə məlumat daxil olub ki, Əkrəm Məlikov adlı şəxs rayon ərazisində saxta sərəncamla tikinti aparıb. Dərhal hadisə yerinə gələn polis araşdırmalara başlayıb. Əkrəm Məlikov ifadəsində bildirib ki, 80 sot torpaq sahəsində ferma tikdirmək üçün əvvəldən tanıdığı 47 yaşlı Şahbaz Cavadova 10 min manat pul verib. Həmin şəxs də ona Abşeron rayon İcra Hakimiyyətindən sərəncam alıb. Əməliyyat-axtarış tədbirlərinə başlayan Abşeron rayon Polis İdarəsinin əməkdaşları dələduzluqda şübhəli bilinən Şahbaz Cavadovu Sumqayıt şəhərində saxlayaraq istintaqa cəlb edib. Dindirmə zamanı Şahbaz Cavadov Abşeron rayon İcra Hakimiyyətinin başçısının imzasını saxlaraşdırmaqla sərəncam hazırlamasını etiraf edib. Faktla bağlı Şahbaz Cavadov barəsində Abşeron rayon Polis İdarəsində dələduzluq və dövlət sənədini saxtalaşdırma maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir. ,Cavadovun hadisəylə bağlı açıqlamasını diqqətinizə çatdırırıq:


Olayla bağlı maraqlı məqamlardan biri vətəndaşın icra hakimiyyətinin tikintiyə sərəncam sənədinə pul küllü miqdarda pul verməsidirsə, digəri Şahbaz Cavadovun şəxsiyyətidir. Gülərək və kənardan idarə ilə(icra ba.çısının adının kənardan diqtə olunması aydın eşidilir) Abşeron rayon icra başçısı İradə Gülməmmədovadan üzr istəyən bu “qəhrəman” kimdir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, Şahbaz Cavadov Abşeron Rayon İcra Hakimiyyətində Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Sərvis Süleymanovun doğma dayısı oğludur. Mənbəmizin sözlərinə görə, Ş.Cavadovun Abşeron rayon icra hakimiyyətində iş həll edə bilmə etimadı da məhz qohumunun burda işləməsi ilə bağlıdır.
Sərvis Süleymanov şəxsiyyəti də kifayət qədər maraqlıdır. Bu şəxlə bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar zamanı öyrəndik ki, əslən Naxçıvandan olan Sərvis Süleymanov əvvəllər Sumqayıt şəhərindəki Mənzil-İstismar sahələrindən (MİS) birinə rəhbərlik edib. Abşeron rayonunun sabiq icra başçısı Zakir Fərəcovla Sərvis Süleymanovun münasibətlərinin təməli də Sumqayıtda qoyulub. Belə ki, Z.Fərəcov Sumqayıt şəhər bələdiyyəsinin sədri işlədiyi zaman S.Süleymanov da MİS rəisi olub və bu iki şəxs arasında mövcud olan işgüzar münasibət sonradan dostluğa çevrilib. Z.Fərəcovun Abşeron rayon icra hakimiyyətinin başçısı təyin olunması isə dostlar qarşısında geniş imkanlar açıb və S.Süleymanov icra hakimiyyətində müavin postunadək yüksəlib. Düzdür, İradə xanım Abşeron rayon icra başçısı təyin olunanda S.Süleymanovun vəzifəsini aşağı salıb, amma Fərəcovun Sumqayıtlı dostu zamandan lazımınca bəhrələnərək özünə ciddi kapital formalaşdıra bilib. Bununla bağlı cumhuriyyet.az olaraq mediada yer alan tək bir məlumatı diqqətinizə çatdırırıq: “Abşeron rayonunun Fatmai kəndi ərazisində Sərvis Süleymanovun özünün, həyat yoldaşının və bacısının adına torpaq sahələri götürüb”.

Be the first to comment on "Abşeron Rayon İcra Hakimiyyətinə məxsus sənədi saxtalaşdıraraq tikintiyə icazə verən şəxs ifşa edildi"

Leave a comment

Your email address will not be published.


*