Beyləqan Təhsil şöbəsinin təkzib etməyə çalışdığı faktlarla bağlı rəsmi sənədlər ortaya çıxdı

Bir neçə gün əvvəl Conflict.az “Beyləqan Təhsil şöbəsilə bağlı məlumatlarda RİH-nin başçısı Vaqif Abdullayev nə üçün zərbə müstəvisinə çıxarılır?” başlıqlı məlumat dərc etmişdi. Həmin məlumatda kimlərinsə şəxsi münasibətlərinin kəskinləşməsi konteksində rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin önə çıxarılması olduqca dqqət çəkən məqam idi. 
Məsələ ilə bağlı araşdırmalara başlayan əməkdaşımız olduqca maraqlı faktlar əldə etdi. Belə ki, Beyləqan Təhsil şöbəsinin müdirəsi Xuraman xanım Rüstəmovanın rəhbərlik etdiyi qurumdan Faktinfo.az saytı vasitəsilə konkret mətbuata ünvanlanmış təkzibdən başlamaq qərarına gəldik. Əvvəla ona görə ki, son günlər bəzi mətbuat orqanları əsasən BTŞ-nin sabiq müdiri Tofiq Sadıqovu hədəf taxtasına çıxarmaqla bəzi açıqlar veriblər. Axı Xuraman xanım Rüstəmovanın rəhbərlik etdiyi qurumda bu xanım haqqında dərc olunan məlumatları təkzib edərkən əsas ittihamı sabiq müdirə istiqamətləndiriblər. Və diqqət çəkən məqam da məhz budur. Nədən hər iki tərəf sabiq müdiri hədəf taxtası seçiblər? Sitat: …müəllimlərin qanunsuz yolla işə götürülməsi Xuraman Rüstəmovanın Təhsil Şöbəsinə müdir təyin edildiyi vaxtda deyil, Beyləqan Rayon Təhsil Şöbəsinin keçmiş müdiri Tofiq Sadıqovun işlədiyi dövrlərdə həyata keçirilmişdir.” Və ya “Rayon Təhsil Şöbəsinin keçmiş müdiri T. Sadıqov 68-73 yaş arasında olan direktorların, o cümlədən icrası müvəqqəti həvalə edilmiş məktəb rəhbərlərinin adlarını Təhsil Nazirliyindən gizlədib.” Göründüyü kimi iki ildən artıq – 2016-cı ilin may ayından həmin qurumla rəsmi əlaqələrini kəsmiş bir şəxslə bağlı mətbuata verilən məlumat sözsüz ki, diqqətçəkici olmalıdır. Ötən həftə Tofiq Sadıqovla əlaqə saxlayan əməkdaşımıza sabiq müdir bütün etik normaları gözləyərək konkret cavablar vermişdi. Lakin bu zaman yuxarıda qeyd edildiyi kimi marqlı məqamlar da ortaya çıxmışdı. Söz verdiyimiz kimi X.Rüstəmovanın rəhbərlik etdiyi qurumdan mətbuata göndərilən təkzib məktubundan yola çıxaraq araşdırmalara başladıq. Və məlum oldu ki, Beyləqan rayon Təhsil şöbəsi təkzib məktubunda bəzi faktları sadəcə “unudub.” Belə ki, TŞ-nin təkzib məktubunda – “Təhsil Şöbəsinin müdirinin gəlini Lamiyə Hüseynovanın şəhər 3 nömrəli tam orta məktəbə direktor təyin edilməsi iddiası da yanlışdır.” – cümləsinin əksinə olaraq, redaksiyaya daxil olan bəzi sənədləri təqdim etmək məhz bu anda məqsədəuyğundur. 12 saylı Ərazi Maliyyə Hesablama Mərkəzinin rəisi Elxan Əsədova, Beyləqqan rayon TŞ-nin müdiri Xuraman Rüstəmova tərəfindən göndərilən təqdimatda deyilir: “Beyləqan rayon Akademik M.Mehdizadə adına şəhər 3№-li tam orta məktəbində direktor vəzifəsi vakant olduğu üçün Beyləqan Təhsil şöbəsinin 01 oktyabr 2017-ci il tarixli 87 nömrəli 03 əmrinə əsasən məktəbin direktoru vəzifəsinin müvəqqəti olaraq icrası məktəbin ali təhsilli ingilis dili müəllimi Hüseynova Lamiyə Ələddin qızına həvalə olunsun.
Beyləqan rayon Akademik M.Mehdizadə adına şəhər 3№ -li tam orta məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Hüseynova Lamiyə Ələddin qızına direktor maaşının verilməsinə köməklik etməyinizi sizdən xahiş edirəm.” 12 saylı Ərazi Maliyyə Hesablama Mərkəzinin rəisi Elxan Əsədovun isə təqdimatın sonunda “etiraz etmirəm” deyə dərkənarı və imzası var. Məsələ bununla da bitmir. Hətta X.Rüstəmovanın gəlini Lamyə Hüseynova belə direktor əvəzi kimi 12 saylı Ərazi Maliyyə Hesablama Mərkəzinin rəisi Elxan Əsədova təqdimat göndərib. Təqdimatda deyilir: “Direktorluq bildirir ki, Beyləqan rayon Akademik M.Mehdizadə adına şəhər tam 3 nömrəli məktəbin sabiq müəllimi Əliyeva Mələk Çingiz qızı 17.04.2017-ci il tarixdə Azərbaycan Respublikası Təhsil nazirliyi tərəfindən təşkil olunmuş Müəllmlərin İşə Qəbulu imtahanında 43.1903 bal toplamışdır. Əliyeva Mələk Çingiz qızı 2016-2017-ci tədris ilində müddətli müqavilə ilə işlədiyi Akademik M.Mehdizadə adına şəhər 3 nömrəli tam orta məktəbində tədris etdiyi 1-ci sinif cari tədris ilində 2-ci sinifə keçmişdir. Həmin sinifin ana dili və riyaziyyat dərslərini ibtidai sinif müəllimləri tədris etmək istəmədiklərinə görə, 2-ci sinifin sinif rəhbərliyini, ana dili və riyaziyyat dərslərini tədris etməsi üçün Əliyeva Mələk Çingiz qızı ilə 1 (bir) illik müddətli əmək müqaviləsi bağlanmasına razılıq verməyinizi sizdən xahiş edirəm.” Yenə dərkənar, yenə imza. Sual olunur əgər Lamiyə Hüseynova məktəb direktoru vəzifəsini icra etməyibsə, bəs o halda hansı satatusla təqdimat yazıb? Ola bilsin ki, Beyləqan rayon Təhsil şöbəsindən “Lamiyə Hüseynova direktor yox, direktor əvəzi təyin olunub” – deyə bildirərlər. Belə olan təqdirdə nədən Faktinfo.az-ın dərc etdiyi təkzibdə bu nüans qeyd edilməyib? Əksinə “L.Hüseynova X.Rüstəmovanın gəlini olana qədər həmin məktəbin ali təhsilli ingilis dili müəllimi idi, bu gün də müəllimlik fəaliyyətini davam etdirir. Hal-hazırda məktəbin direktor vəzifəsi vakant olduğu səbəbindən direktor vəzifəsinin müvəqqəti olaraq icrası məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Məhəmməd Zülfüqarova həvalə edilmişdir.” – deyə qeyd edilib. Və bu zamanda L.Hüsynova ilə bağlı bəzi nüanslar gizlədilir. Bu məsələ ilə bağlı növbəti saylarımızda qeyd edəcəyik. Bəs elə isə TŞ rəhbərliyi nə üçün mediaya yanlış məlumat ötürüb? Müəyyən zaman kəsimində prinsipial olmayan, ölkənin təməl prinsiplərinə və qanunların pozulmasına xidmət etməyən bəzi halların üstündən keçmək və ya gündəmə gətirməmək olar. Lakin necə ola bilər ki, bir rəsmi sənədin mövcudluğunu digər rəsmi sənədlə təkzib edəsən? Axı Beyləqan TŞ-nin mediaya göndərdiyi təkzib də rəsmi sənəddir.
Mövzuya qayıdacağıq.
Anons: 1. Beyləqan Təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovanın gəlini Akademik M.Mehdizadə adına 3 nömrəli məktəbin drektor əvəzi vəzifəsindən təşkilatçı direktor müavini vəzifəsinə necə keçib?
2. Həsən Məmmədovun “Əməkdar müəllim” adı alması üçün təqdimatı kim, hara və necə göndərib?
3. Xankişiyeva Zülfiyyə Bəxtiyar qızı haqqında akademik M.Mehdizadə adına Beyləqan şəhər 3 saylı tam orta məktəb direktorunun 14.06.2017-ci il tarixli əmrinin rayon məhkəməsi tərəfindən ləğv edilməsinin səbəbləri.
4. “İsi” ləqəbli şəxs kimdir və onun funksiyası nədir?

Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqqlarını tanıyır, dərc etməyə hazırdır.

Conflict.az

Be the first to comment on "Beyləqan Təhsil şöbəsinin təkzib etməyə çalışdığı faktlarla bağlı rəsmi sənədlər ortaya çıxdı"

Leave a comment

Your email address will not be published.


*