DYP-də rüşvət QALMAQALI

Sosial şəbəkələrdə Baş Dövlət Yol Polis İdarəsinin İmtahan və Qeydiyyat İdarəsinin tabeçiliyindəki “mero” kimi tanınan İmtahan və Qeydiyyat Şöbəsində rüşvət alınmasını göstərən video yayılıb. “Reportyor.info”-ya göndərilən həvəskar çəkiliş Ağcabədi Rayonlararası İmtahan və Qeydiyyat İdarəsinin rəis müavini, polis mayoru Qasımov Yusifin xidməti otağında lentə alınıb.
Videoda rəis müavininin xidməti otağında texniki baxışdan keçmək üçün müraciət edən vətəndaşdan 40 manat rüşvət alıması görüntülənir. Polis zabiti xidməti otağında yüksək musiqi sədası altında ”iş” görür. Vətəndaşlar otağa daxil olmağına baxmayaraq həmin musiqi səsini dinləməkdə davam edən mayor əvvəl zarafatyana maşını yoxlamadan keçirin desə də, sonradan otağına geri çağırtdırır və iş yerində özəl söhbətlərə, qeyri-ciddi danışıqları ilə yadda qalır. Avtomobilə heç bir baxış keçirmədən sənədləşmə işini qurtardıqdan sonra ”borcumuz nə olacaq” sualına, polis mayoru ”qonaq olun” deməsilə sanki özünü bir restoran müdiri kimi göstərir. Bunun ardınca vətəndaş təkrar olaraq nə qədər pul verəcəyini soruşduqda “qırx” deyir. Video görüntüyə də diqqətlə baxdıqda açıq şəkildə görünür ki, vətəndaş cibindən iki ədə 20 manatlıq əskinas çıxararaq Y.Qasımovun masası üzərinə qoyur.
BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini İsa Deystani Criminal.az saytına açıqlamasında yayılmış rüşvət videosundan xəbərsiz olduğunu bildirdi. Əlavə etdi ki, bu məsələ ilə bağlı onun rəisi Rüfət Quliyevlə əlaqə saxlamaq lazımdır. Lakin R.Quliyev növbədən sonra olduğundan əlaqə saxlamaq mümkün olmadı.

Be the first to comment on "DYP-də rüşvət QALMAQALI"

Leave a comment

Your email address will not be published.


*