Gizli himayədar Nicat kimdir?

Bir müddət öncə Şamaxı rayonunda şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnurə Babaşovanın fəaliyyəti ilə bağlı materiallar dərc etmişdik. Haqqında konkret videokadrlar, məktəb kollektivinin imzalı şikayətləri omasına baxmayaraq direktorun toxunulmazlığı haqlı suallar yaradırdı. “Ceyhun Bayramovun təhsildə “moyka” siyasəti: Şamaxı məktəbində rüsvayçılıq” başlıqlı son yazımızda da yeni nazirin bu məsələ ilə bağlı tədbir görəcəyinə ümid edirdik. Amma əksinə…
Bildirək ki, cumhuriyyet.az olaraq bu günlərdə məktəb kollektivi adından redaksiyamıza yeni məktub daxil olub. Surəti təhsil Nazirliyinə ünvanlanan məktubda direktorun əməllərinindən bəhs edilməklə yanaşı, onun toxunulmazlığının da maraqlı sirri açılır. 10-a yaxın müəllimin imzasıyla göndərilən məktubda deyilir: “Ceyhun müəllim, bizim məktəbimizdə baş verən anti pedoqoji mühit, məmur özbaşnalığı bu gün çiçəklənən Azərbaycana yaraşmayan məktəb rəhbərinin fəaliyyəti, tutduğu anti humanist hərəkətləri , həyata keçirdiyi çirkin əməlləri, maliyyə pozğunluqlarından Sizi xəbərdar etmək istəyirik. İndiyə qədər təhsilə nəzarət inistansiyalara: Şamaxı Təhsil şöbəsinə, İsmayıllı regional Mərkəzə, Təhsil nazirliyinə, nəhayət Korrupsiya idarəsinə müraciət etmişik. Müraciət etməyimizə baxmayaraq bu acınacaqlı vəziyyətə son dərəcə biganə yanaşılır. 4 gün məktəbimizdə olan yoxlamalar zamanı olundu ki, məktəbə ölü canlar, saxta sertifikat, saxta diplom, aylığın yığılması, müəllimlərdən 1000 manat pul istəməsi, vermədikdə sinifinin əlindən alınması, direktorun bacısının 39 saat dərsinin olduğu, anasının 27 saat rus dili və üstəlik fərdi uşaq pulunu mənimsəməsi faktları həqiqətdir”.
Məktub müəllifləri baş verən qanunsuzluqların bu vaxta qədər cavabsız qalmasında Təhsil Nazirliyinin də günah payı olduğunu bildirir. Müəllimlərin öz məktubunda göstərdikləri konkret ünvanı və adı cumhuriyyet.az olaraq olduğu kimi diqqətinizə çatdırırıq: “Belə görünür ki, bütün bu baş verənlər Təhsil Nazirliyinin vəzifəli şəxsləri tərəfindən dəstəklənir. Məktəb direktoru təhsil nazirliyi tədqiqat şöbəsində Nicat adlı şəxsin adından istifadə edir və deyir nə qədər yazsanızda mən öz vəzifəmdə qalacam. Bacısı Vəfa da deyir ki onsuzda bizə gücünüz çatmayacaq”. Təhsil Nazirliyinin təhqiqat şöbəsi və Nicat adlı şəxs haqqında daha ətraflı növbəti yazımızda…

Be the first to comment on "Gizli himayədar Nicat kimdir?"

Leave a comment

Your email address will not be published.


*