“Kürdəmir icra başçısı ancaq öz cibi haqda düşünür… “- Video

Kürdəmir rayonunda apardığımız çəkilişlər zamanı icra başçı Ceyhun Cəfərovun sakinlərə qarşı daha bir laqeydsizliyinin şahidi olduq.
Belə ki, şəhərdəki natəmizlik, baxımsızlıq, antisanitariya bir tərəfə, üstəlik yerli camaatın ağır şəraitdə yaşaması da rayon rəhbərliyinin hansı məshəbə qulluq etməsinin bariz göstəricisidir. Ceyhun Cəfərov bir icra başçısı kimi üzərinə düşən heç bir vəzifənin öhdəsindən demək olar ki, gəlmir. Bu, vətəndaşların giley-güzəranından açıq-aydın bəllidir:
Kürdəmir rayon sakini Nəsifov Elman İlham oğlu:
-Evlə bağlı Kürdəmir rayon icra hakimiyyətinə müraciət etmişəm. II qrup əliləm, ruhi xəstəlikdən əziyyət çəkirəm. Evim uçur, yaman gündədir. Heç bir kömək edilməyib.
Xanımı:
-Evdən ötrü müraciət etmişik. Şiferlərimiz qırıq-qırıq. İki övladmız var. Biri onkoloji xəstədir. Özüm 120 manat maaş alıram, sanitar işləyirəm. Qaynanama da baxıram. 5 nəfərdən iarət ailəyik. Hər yerə yazmışıq. Heç bir köməklik olmayıb.
Sakinlərin şəxsi şikayətləri bir yana, Kürdəmirin icra başçısı Ceyhun Cəfərov rəhbərlik etdiyi rayonun problemlərini belə görməzlikdən gəlir:

Xatırladaq ki, Ceyhun Cəfərov 2006- 2011-ci illərdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işlədiyi müddət ərzində də rayon sakinləri ondan narazı olublar. Məcburi köçkünlərin, şəhid ailəsinin evləri Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini işləmiş Ceyhun Cəfərovun rəhbərliyi altında sökülüb. Həmin vaxt bir neçə gün ardıcıl olaraq, Yasamal rayonunda məmurlarla əhali arasında ciddi gərginlik yaşanıb.
2011-ci ildə gözlənilmədən Tərtər rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Ceyhun Cəfərov təssüflər olsun ki, burada da əhali tərəfindən rayonda icra başçısından daha çox, torpaq alverçisi və sahibkarların qənimi kimi tanınıb.nia24.info

Be the first to comment on "“Kürdəmir icra başçısı ancaq öz cibi haqda düşünür… “- Video"

Leave a comment

Your email address will not be published.


*