“Uğurlu Yol-2017” podratçı şirkəti Bərdənin Qaratəpə, Tərtərin isə Poladlı kəndində məktəb tikintisini həyata keçirir

Podratçı firmanın sahibi İlham Əsədov yarımçıq qalan metal konstruksiyalı modul tipli məktəblərin tikintisində çalışan fəhlələrin maaşını vermir.

Tikinti işlərinə 1 avqust 2017-ci ildə başlanıb. 2018-ci ilin yanvarında başa çatdırılması nəzərdə tutulsa da, tam hazır deyil. Tikinti işləri tam başa çatmasa da, məktəb istifadəyə verilib.

İki aydan sonra sinif otaqlarında problemlər səbəbindən müəllimlər və şagirdlər köhnə məktəbə qaytarılır.

Şəhid Ələddin Qəribov adına natamam kənd orta məktəbin tikinti işlərində çalışan Məhəmməd və digərləri podratçı firmanın rəhbərindən pulları ala bilmirlər.

İ.Əsədov fəhlələrlə əmək müqaviləsi bağlamadan, maaşları vermədən onları istismar edib.

Bərdənin Qaratəpə kənd məktəbində tikinti işlərində çalışanlar da eyni problemdən gileyləniblər.

Bu mövzuda araşdırma aparan millitv.az-ın əməkdaşı şirkət rəhbəri ilə görüşür və tərəflərin anlaşması nəticəsində fəhlələrin ailəsinə aparacağı çörək pulu problemi unudulur.

Belə ki, məsələnin üstünü açan deryaz.az fəhlələrin dərd-sərini işıqlandırıb. İ.Əsədov 20 nəfərə yaxın fəhlə ilə heç bir əmək müqaviləsi bağlamır və onları bir neçə ay müddətinə də işlədir.

Hətta, bu azmış kimi onların əmək haqlarını tam şəkildə ödəmir, özü Bakı şəhərində oturur.

Fəhlələrə ayrı-ayrı mağazalardan aldırdığı tikinti materiallarının, ərzaq məhsullarının, hətta fəhlələrin kirayə qaldıqları mənzillərə olan pulları belə ödəmir.

FİA.Az xəbər verir ki, İ.Əsədov sahibkar olaraq vergidən yayınmaqla məşğuldur. Bundan əlavə deryaz.az yazıb ki, “UĞURLU YOL-2017” şirkətinin sahibi İlham Əsədov, hələ bir müddət bundan öncə Şəkər xanıma “bir könüldən min könülə aşiq olması” haqda istəyini Millitv.az-ın əməkdaşı vasitəsilə çatdırır.

Hətta, şirkət rəhbəri ona “gəl sənə kabab çəkim, sənə qoyun kəsim, sənə balıq, kontur göndərirəm, çalış Azərbaycan Dövlət Dəmir Yolu İdarəsindən iş götür, birlikdə işləyib pul qazanaq” deyə arzu və istəklərini də bildirir.

Bundan əlavə o, Millitv.az-ın əməkdaşına “o xanım qəşəng xanımdır, onu mənə düzəldən bilərsənmi” deyə ürəkdolu sevgilərini açıqlayır və adı çəkilən xanıma arzu və istəklərini çatdırmasını da xahiş edir.

Hər kəsi şokasalacaq məqamlardan biri də, Deryaz.az saytında İlham Əsədovla bağlı tənqidi açıqlama dərc olunduqdan sonra, adı çəkilən iş adamının redaksiyamıza əsəbi halda daxil olması, işçilərə hücum çəkməsi, təhqir edib hədələməsi, redaksiyanın iş prosesini xeyli müddətə iflic etməsi olub.

Beləliklə, həm mətbuata basqı göstərən, redaksiyaya basqın edən, həm fəhlələrin hüquqlarını kobud şəkildə pozan, işçilərin halal haqqını yeyən, müxtəlif qanunsuzzluqlar edən İ.Əsədovun fəaliyyəti cinayət məsuliyyəti yaradır.

Bərdə və Tərtərdə fəhlə üsyanı yetişdirən, onları dövlətdən narazı salan İ.Əsədov kimi podratçı firma rəhbəri özünü xüsusi imtiyaza sahib olan rütbəli şəxs hesab edir.

Fəhlənin pulunu kəsmək, yemək, onu borc içində buraxmaq, üstəlik bəzi mətbuat orqanlarını ələ almağa çalışmaq, tənqidlərə münasibət bildirmək yerinə jurnalistə qarşı zorakılıq etmək heç bir əndazəyə sığışmır.

Teref.info olaraq onun mövqeyini işıqlandırmağa və problemə aydınlıq gətirilməsinə hazırıq.

Be the first to comment on "“Uğurlu Yol-2017” podratçı şirkəti Bərdənin Qaratəpə, Tərtərin isə Poladlı kəndində məktəb tikintisini həyata keçirir"

Leave a comment

Your email address will not be published.


*