Binəqədi RİH başçısının müavini İlqar Süleymanovun ərazini 37 min manata vətəndaşlara satdığı iddia edilir
(19-09-2016, 10:15)

Binəqədi RİH başçısının müavini İlqar Süleymanovun ərazini 37 min manata vətəndaşlara satdığı iddia edilir
Uzun illərdir ki, ayrı-ayrı elekton KİV-lərdə və yazılı mətbuat orqanlarında Bakının Binəqədi rayonunda torpaq sahələrinin qeyri-qanuni satılması, qanunsuz zəbt edilərək həmin ərazilərdə «gegəqondu»ların, müxtəlif obyektlərin və tikililərin inşası barədə dəfələrlə yazılıb, müxtəlif səpgili yazılar və xəbərlər dərc olunub və yayılıb. Lakin Azərbaycanda ictimai narazılıq və narahatlıq doğuran bu məsələ ilə bağlı müvafiq və aidiyyəti dövlət qurumları hələ də lazımi tədbirləri görmək istəmirlər.

Söhbət isə torpaq sahələrinin qanunsuz zəbtindən və qeyri-qanuni satışından kimlərinsə, hansısa məmurların şəxsi maraqlarının təmin olunmasından, sözügedən adamların 10-100 min manatlarla pul qazanmasından gedir. Şübhəsiz ki, qanunlara məhəl qoyulmadığı və günahkarların cəzalandırılmadığı bir şəraitdə məmurların öz qanunsuz əməllərinə və özbaşınalıqlarına davam etdirmələri normal və təbii hal kimi qarşılanmalıdır.

Məhz bu səbəbdən də analoji qanun pozuntuları Binəqədi rayonunda hələ də baş alıb getməkdədir. Növbəti qanun pozuntusu ilə səkilərin, piyada yollarının və avtomobil yollarının müəyyən hissələrinin kimlərəsə qeyri-qanuni yolla satılması ilə əlaqədardır. Binəqədi rayonundan bir qrup sakin redaksiyamıza şikayət edərək bildiriblər ki, adıçəkilən rayonunun Binəqədi və Biləcəri qəsəbələrinin kəsişmələrində yerləşən avtomobil yolunun bir hissəsi, eyni zamanda piyadalar üçün nəzərdə tutulmuş yolun, səkinin müəyyən ərazisi qanunsuz olaraq satılıb. Yolun bağlanmasına, yol hissəsini həyətyanı sahəsinə əlavə edən Anar və yolun digər hissəsini naməlum şəxs tərəfindən daş hasara alınaraq dəmir hasar qoyulması səbəb olub. Şikayətçilər deyirlər ki, sözügedən ərazilərin hasarlanması və orada tikinti işlərinin aparılması həm nəqliyyat vasitələrinin, həm də piyadaların sərbəst hərəkətlərinin xeyli məhdudlaşdırıb.

Üstəlik, ərazi hasara alındığından piyadalar səkinin bir tərəfindən digər tərəfinə getmək üçün avtomobil yolundan istifadə etmək məcburiyyətində qalırlar ki, bu da sürətlə şütüyən avtomobillərin və digər nəqliyyat vasitələrinin sürücülərinin piyadaların vurulması və hətta onların ağır yaralanması və ölümü ilə nəicələnə biləcək yol-nəqliyyat hadisələrinin baş verməsi hər an mümkündür. Sakinlər qeyd edirlər ki, məktəb yolunun bağlanması üzündən daş hasarların üzərləri ilə məktəbə gedib-gəlmək məcburiyyətində qalan məktəblilər hər an təhlükə ilə üz-üzə qalırlar. Ən dəhşətlisi də budur ki, hasara alınmış ərazidə yüksək gərginlikli elektrik xətləri var və onlar da tikintinin içinə salınıb.

Son günlərdə Bakıda və Abşeron yarımadasında havaların yağışlı keçməsi də yuxarıda haqqında bəhs etdiyimiz məcburiyyətdə körpələr göllərin içərisi ilə təhsil ocaqlarəna getməlidirlər. Bunlardan əlavə, hasarlanmış ərazidə magistral qaz xətlərinin olması və onların da üzərlərində tikinti-quraşdırma və qazıntı işlərinin aparılması isə həmin kəmərlərin partlaması, sakinlərin «mavi yanacaq»sız qalması və dövlətə külli miqdarda maddi ziyanın vurulması ilə nəticələnə bilər.

Şikayətçilər yaranmış acınacaqlı durumla və təhlükəli vəziyyətlə bağlı dəfələrlə Binəqədi kənd icra nümayəndəsinə və kənd bələdiyyəsinin sədrinə müraciət etsələr də, müsbət nəticə əldə edə bilməyiblər. Adları çəkilən hər iki qurumun rəhbərliyi sözügedən məsələlərə baxmayaraq heç bir reaksiya verməyir. Sakinlərin iddiasına görə, Anar adlı vətəndaş zəbt etdiyi torpağı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Süleymanov İlqar Qəzənfər oğluna 7000 manat verməklə özününküləşdirib. Yolun digər hissəsi, yəni Anar adlı şəxsin evinin arxasından keçən yolun isə 30 min manat müqabilində satın alındığı iddia edilir. Sakinlərin səslərini eşitmək istəməyən Binəqədi Rayon icra hakimiyyətinin başçısı İsgəndərov Xaləddin Şahmar oğlu isə müavinlərinin öz başınalığına göz yuması artıq dözülməz hall almaqdadır. Binəqədi məmurlarının bu özbaşınalıqları ərazi sakinlərini hakim dairələrlə üz-üzə gətirmək, etirazların yüksəltməkdən başqa heç bir məqsəd daşımır. Bütün bu xalqı hakimiyyətə qarşı qoyma əməliyyatları bir daha sübut edir ki, hələdə məmurlar arasında xarici qüvvələrin diqqtəsi ilə işləyənlər mövcudur.

Ardı var

Araşdırmamız davam edir...

Redaksiyadan: yazıda adları çəkilən hər bir kəsi dinləməyə mövqeyini dərc etməyə hazırıq...
bakunews


Ana səhifəyə qayıt

Axtariş

Reklam

Xəbər Lenti

20-sentyabr-2017
 
20-sentyabr-2017
 
20-sentyabr-2017
 
20-sentyabr-2017
 
19-sentyabr-2017
 
19-sentyabr-2017
 
19-sentyabr-2017
 
15-sentyabr-2017
 
11-sentyabr-2017
 
11-sentyabr-2017
 
11-sentyabr-2017
 
09-sentyabr-2017
 
09-sentyabr-2017
 
09-sentyabr-2017
 
08-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
Reklam

Reklam
Reklam