Şəki şəhərində "Kempo" üzrə 2- ci ənənəvi olaraq şəhidlərin xatirəsinə həsr olunmuş turnir təşkil olunub
(6-06-2017, 15:41)

 Şəki şəhərində "Kempo" üzrə 2- ci ənənəvi olaraq şəhidlərin xatirəsinə həsr olunmuş turnir təşkil olunub
Tədbir Gənclər və İdman nazirliyinin, Şəki şəhər Gənclər və İdman idarəsinin həmçinin Şərq Döyüş Növləri Federasiyaları Şurasının razılığı, Şəki şəhəri Kempo nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub.
Azərbaycan Kempo təşkilatının mətbuat katibi Fuad Rəsulun verdiyi məlumata görə Full Kempo, Submişn Kempo və Kempo PRO versiyaları üzrə təşkil olunan yarışda (Bakı 4 komanda ilə, Sumqayıt, Ələt, Mingəçevir, Abşeron, Zaqatala, Balakən, Oğuz, Qax) on bir komandadan 150-yə yaxın idmançı iştirak edərək güclərini sınamışlar.
Yarışın açılış mərasimində Şəki şəhəri Gənclər və İdman idarəsinin rəisi Vüqar İskəndərov çıxış edərək dövlətin idmana olan qayğısı və bu gün Azərbaycanda Kempo idman növünə gənclərin maraqlarının artmasının sevincli bir hal olmasını qeyd edib.
Azərbaycan Kempo təşkilatının rəhbəri Rauf İbrahimov son illərdə Kempo idman növünün inkişafı haqda söz açıb. “Artıq ənənə halını almış "Qarabağ şəhidlərinin xatirəsi"nə həsr olunmuş yarışın ili ildən yüksək statuslu yarışlar siyahısında yer alması idmançıların vətənpərvərlik sevgisindən xəbər verir. Artıq 7 il ərzində dövlətin maddi və mənəvi dəstəyi ilə Azərbaycan Kempoçuları Respublika daxili və onun hüdudlarından kənarda yarışlarda iştirak edərək dövlətimizin bayrağını beynəlxalq arenalarda dalğalandırıblar.
Sonda Şimal - Qərb regionu üzrə kempo təşkilatının rəhbəri İlqar İbrahimov çıxış edərək bildirib ki, Kempo Respublikanın hər bir regionunda olduğu kimi Şimal-qərb regionu üzrə də geniş işlər görülür. Gənclər arasında kempo idman növü haqda təbliğat aparılır və mütamadi olaraq seminarlar təşkil olunur.
Yarış sonunda qalib idmançılar diplom, medal, qiymətli hədiyyələr və yenicə işıq üzü görmüş "Kempo Azadlıqdı" sənədli filminin diskləri ilə təltif olunublar. Şəki şəhərində "Kempo" üzrə 2- ci ənənəvi olaraq şəhidlərin xatirəsinə həsr olunmuş turnir təşkil olunub

Ana səhifəyə qayıt

Axtariş

Reklam

Xəbər Lenti

20-sentyabr-2017
 
20-sentyabr-2017
 
20-sentyabr-2017
 
20-sentyabr-2017
 
19-sentyabr-2017
 
19-sentyabr-2017
 
19-sentyabr-2017
 
15-sentyabr-2017
 
11-sentyabr-2017
 
11-sentyabr-2017
 
11-sentyabr-2017
 
09-sentyabr-2017
 
09-sentyabr-2017
 
09-sentyabr-2017
 
08-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
Reklam

Reklam
Reklam