Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lər üçün təsviri hesabatların elektron qəbulu proqramının təqdimat mərasimini keçirib
(10-06-2017, 09:16)

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lər üçün təsviri hesabatların elektron qəbulu proqramının təqdimat mərasimini keçirib
Tədbirdə Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov, Katibliyin əməkdaşları, QHT və media nümayəndələri iştirak ediblər.

Katibliyin icraçı direktoru Fərasət Qurbanov təsviri hesabatların elektron qəbulu proqramının yaradılmasının şəffaflığın, həmçinin hesabatların təqdim edilməsinin asanlaşdırılması və bu sahədə xidmətin keyfiyyətinin artırılması məqsədi daşıdığını diqqətə çatdırıb. İcraçı direktor qeyd edib ki, maliyyə hesabatları 2013-cü ildən elektron qaydada qəbul edilir. Bu ildən etibarən isə təsviri hesabatların da elektron qaydada qəbulu prosesinə başlanıb. QHT-lərin bütün hesabatları onların fərdi elektron kabinetlərində yerləşdiriləcək.

Toplantıda çıxış edən Şura üzvü, Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, deputat Şahin İsmayılov təmsil etdiyi qurumun öz fəaliyyətində daim şəffaflığın təmin olunmasına xüsusi diqqət ayırdığını deyib. Şura üzvü elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində Katibliyin həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirdiyini bildirib. Şahin İsmayılov Şuranın www.e-qht.az saytının “e-ərizə” və “e-hesabat” bölmələrinin proqram təminatının yeniləşdirilməsinin də bu baxımından atılan mühüm addım olduğunu vurğulayıb. Şura üzvü QHT-lərin qrant müsabiqələrinə təqdim etdikləri layihələrin aktuallıq və səmərəlilik cəhətdən mövcud olan problemləri haqqında danışaraq təşkilatların innovativ təşəbbüslərlə çıxış etməsinin vacibliyini qeyd edib. Ş. İsmayılov QHT-lərin müqavilə öhdəliklərinin icrası zamanı yol verdikləri qüsurların donor-resepient münasibətlərində doğuracağı nəticələrlə də bağlı fikirlərini bildirib.

Katibliyin məsləhətçisi Toğrul Turabov adıçəkilən proqramın “Təsviri Hesabat”, “Faylların yüklənməsi” və “Yazışmalar” bölmələri haqqında ətraflı məlumat verib. Tədbirdə proqramdan istifadə qaydalarının izahından bəhs edən təqdimat nümayiş etdirilib və QHT nümayəndələrinin sualları cavablandırılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lər üçün təsviri hesabatların elektron qəbulu proqramının təqdimat mərasimini keçirib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lər üçün təsviri hesabatların elektron qəbulu proqramının təqdimat mərasimini keçirib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lər üçün təsviri hesabatların elektron qəbulu proqramının təqdimat mərasimini keçirib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lər üçün təsviri hesabatların elektron qəbulu proqramının təqdimat mərasimini keçirib


Ana səhifəyə qayıt

Axtariş

Reklam

Xəbər Lenti

20-sentyabr-2017
 
20-sentyabr-2017
 
20-sentyabr-2017
 
20-sentyabr-2017
 
19-sentyabr-2017
 
19-sentyabr-2017
 
19-sentyabr-2017
 
15-sentyabr-2017
 
11-sentyabr-2017
 
11-sentyabr-2017
 
11-sentyabr-2017
 
09-sentyabr-2017
 
09-sentyabr-2017
 
09-sentyabr-2017
 
08-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
Reklam

Reklam
Reklam