Zaqatala-Balakən zonasında “Qırmızı kitab”a düşən heyvanların öldürülməsinə şərait yaradılır?
(29-06-2017, 22:49)

Zaqatala-Balakən zonasında “Qırmızı kitab”a düşən heyvanların öldürülməsinə şərait yaradılır?
Bu günlərdə Qafqaznews.az və Legion.az saytlarında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bölgələrdəki orqanlarında baş verən mənfi hallar və əhalinin şikayətləriylə bağlı yazılar dərc olunmuşdu.

Bu yazıların dərcindən sonra, nədənsə, reaksiya ETSN-dən yox, həm ETSN-i müdafiə edən, həm də qafqaznews.az saytını şər-böhtan atəşinə tutan bəzi “jurnalist”lərdən və “sahibi naməlum”, “com” domenli saytlardan gəldi.

Bu hücumlara və təzyiqlərə baxmayaraq, qafqaznews.az bölgələrdəki problemləri obyektiv araşdırmağı, oxuculara qərəzsiz informasiya çatdırmağı qarşısına məqsəd qoyub… və öz yoluna davam edir.

İyunun 29-da qafqazxeber.az-a etibarlı mənbələr tərəfindən bir fotoşəkil və maraqlı məlumatlar göndərildi.

Məlumatda bildirilir ki, 10-15 gün bundan əvvəl Zaqatala-Balakən ərazisində “hörmət” müqabilində ağac kəsməsinə şərait yaradılan şəxslər nadir növdən sayılan, “Qırmızı kitab”a düşmüş Piton ilanı öldürərək, bu anı “əbədiləşdiriblər”.

Həmçnin, qeyd olunur ki, bir müddət əvvəl ETSN-nin 9 saylı Regional İdarəsindən Əfqan və Kənan adlı işçilər Zaqatala qoruğu ərazisində 3 çətənə plantasiyası aşkarlayıblar, lakin onlardan ancaq ikisinin yandırılması bu əməkdaşların da narazılığına səbəb olub.

Məlumatda əlavə olunub ki, nadir heyvanların öldürülməsi və meşənin məhv edilməsiylə bağlı, Katex kənd sakinlərindən biri Heydər Əliyev Fonduna şikayət yazıb. “Lakin qoruq rəisi, vaxtilə 9 saylı Regional İdarənin rəisi olan Ramazan Çuxullayevin işini yoxlamağa onun sabiq işçiləri göndərilib. Onlar da öz keçmiş rəislərinin xətrinə dəyməyərək, Katex kənd icra nümayəndəliyindən “qondarma” bir arayış alıblar ki, guya həmin şəxs neçə ildir Rusiyadadır. Və bununla da məsələ bağlanıb”, – deyə mənbələr bildirirlər.

Ramazan Çuxullayevin əslən avar olduğunu deyən mənbələr qeyd edib ki, o, 9 saylı Regional İdarədə rəis olarkən, ətrafına avar əsilli “kadr”ları toplayıb və hətta iclasları avar dilində aparmağa başlayıb.

Mənbələrin məlumatına görə, bu hala etiraz edən, “Azərbaycan dövlətində iclası dövlət dilimizdə aparın” deyən bəzi Azərbaycan xanımları ondan şikayət ediblər və nəticədə R.Çuxullayev vəzifəsindən kənarlaşdırılıb.

Məlumatda yetərincə ciddi ittihamlar olduğuna görə, Ramazan Çuxullayevin özüylə əlaqə saxladıq. O, şəklin çoxdan çəkildiyini və məlumatın da araşdırılıb təsdiqini tapmadığını dedi: “Həmin şəxs də tapılıb və deyib ki, çaylaqdan tapdığı ölü ilanla şəkil çəkdirib. O ağaclar da çaydan yığılmış odunlardır”.

“Səliqə ilə kəsilib yığılmış odunlar görürük”, – deyə qeyd etdik.

“Gəlib göstərə bilərsən ki, o ağac harda kəsilib?”, – deyə R.Çuxullayev əməkdaşımıza ritorik sual verdi.

Biz ondan iclası avar dilində aparması barədə soruşduqda, o məlumatı verən mənbələrin ünvanına ağır söyüşlər işlətdi, dərhal sonra da açıqlamaya keçdi.

“Mən milliyətimi danmıram, avaram. Amma iclası hansı dildə aparmaq lazımdır, yaxşı bilirəm. Dörd rayonda rəis olmuşam, polis polkovnikiyəm. Məni bura gətirdilər ki, meşələri narkotikdən təmizləyim. Polisin, Dövlət Sərhəd Xidmətinin görmədiyi işi mən görürəm”, – deyə R.Çuxullayev qafqazxeber.az-a bildirdi.

Biz sözügedən “iclas” məsələsiylə bağlı məlumatda adı qeyd olunmuş Taliyə Muradova ilə əlaqə saxladıq: “Bəli, Çuxullayev mənim müdirim olub. Mən otuz ildir ETSN-də çalışıram. Elə bir şey olmayıb, onun iclası avar dilində aparmasına şahid olmamışam”. T.Muradova çətənə plantasiyaları barədə də məlumatsız olduğunu qafqazxeber.az-a qeyd etdi.

Biz ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovaya müraciət etdik. O isə məsələni araşdırıb bizə məlumat verəcəyini dedi.

Biz İ.İbrahimovadan xəbər gözləyərkən, Ramazan Çuxullayevdən zəng gəldi. “Sən kimsən? Nə axtarırsan? Nazirliyə demisən ki, Çuxullayev iclası avar dilində aparır… Guya mən plantasiyanın ikisini yandırıb, birini özümə saxlamışam… Sən nə axtarırsan? Ay qəh… Gəlib sənin var-yoxunu…”, – deyə R.Çuxullayev ağır söyüşlər söyməyə başladı.

“Yəqin, evdəkilərlə də elə danışırsınız”, – deyən jurnalistimiz dəstəyi asdı.

Yazı dərcə gedərkən, İradə İbrahimova bizə zəng edərək, açıqlama üçün ETSN-in Təbii Sərvətlərin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyevlə əlaqə saxlamağı tövsiyə etdi.

Raqub Mirzəyev qafqazxeber.az-a bildirdi ki, ETSN-ə sözügedən məsələ ilə bağlı müraciət iyunun 20-də daxil olub. “Fotoşəkildəki şəxs Asabov Ramil Şaban oğlu Balakən rayonu Katex kənd sakinidir. Şikayəti yazan Batalayev Zakir adlı şəxsin isə Katex kəndində yaşamadığı barədə arayış verilib. Ramil Asabov bildirib ki, 80-100 santimetr uzunluğunda ilanı çaydan tapıb və nə maşın, nə odunlar ona aid deyil. O şəkil montajdır. Bizdə elə uzunluqda ilan olmur.”, – deyə R.Mirzəyev bildirdi.

Lakin ağacların kəsilməsiylə bağlı məlumat əldə edə bilmədik. Həmçinin, bizə göndərilən şəkil montajdırsa, ümid edirik ki, o şəklin orijinalı tezliklə ictimaiyyətə təqdim olunacaq. Və hər şeyin izahı varsa, jurnalistə söyməyin bir izahı var: SƏVİYYƏSİZLİK!

Rüfət Əhmədzadə

qafqazxeber.az
Zaqatala-Balakən zonasında “Qırmızı kitab”a düşən heyvanların öldürülməsinə şərait yaradılır?


Ana səhifəyə qayıt

Axtariş

Reklam

Xəbər Lenti

20-sentyabr-2017
 
20-sentyabr-2017
 
20-sentyabr-2017
 
20-sentyabr-2017
 
19-sentyabr-2017
 
19-sentyabr-2017
 
19-sentyabr-2017
 
15-sentyabr-2017
 
11-sentyabr-2017
 
11-sentyabr-2017
 
11-sentyabr-2017
 
09-sentyabr-2017
 
09-sentyabr-2017
 
09-sentyabr-2017
 
08-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
Reklam

Reklam
Reklam