Ağstafada Qarayazı meşələri talan edilir
(31-07-2017, 09:41)

Ağstafada Qarayazı meşələri talan edilir
Bu barədə saytımza rayon camaatı məlumat verib. Onların redaksiyamıza göndərdiyi videodan da belə başa düşülür ki, bir zamanlar keçilməz olan Qarayazı meşələri artıq yoxa çıxmaq üzrədir.

Belə ki, bu meşələrin kütələvi şəkildə qırılmasının səbəbkarları isə sadə adamlar deyillər. Məlumatda iddia edilir ki, Qarayazı meşələrinin kütləvi şəkildə qırılmasının səbəbi bu ağaclardan mebel sənayesində total şəkildə istifadə olunmasıdır. Həmin mebel sənayesi isə rayonda fəaliyyət göstərən sexlərdən ibarətdir.
Verilən məlumatda vurğulanır ki, bu sexlər Ağstafanın icra başçısı Məhərrəm Quliyevlə, müavini Ramiz Tatarova məxsusdur.

Qeyd edilir ki, həmi mebel sexlərində istehsal olunan məhsulların bir qismi Bakıya satışa göndərilsə də, bir qismi də rayonda keçirilən tenderlərdə işə yarayır. Belə ki, həmin tenderlərdə yumuşaq və bərk mebellər olan maddı üzrə bütün alqı-satqı işlər həmin sexlərin məhsulları hesabına reallaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə baş verənlərlə bağlı dəfələrlə edilən şikayətləri araşdırmayıb. Və ya belə bir fikrə düşməyib. Bunun nəticəsi isə ondan ibarət olacaq ki, yaxın gələcəkdə tarixdə xüsusi olaraq adı çəkilən Qarayazı meşələri tamamilə yoxa çıxacaq.

Xatırladaq ki, Qarayazı meşələri Qarayazı Dövlət Qoruğunun tərkib hissəsidir.asiya.az


Ana səhifəyə qayıt

Axtariş

Reklam

Xəbər Lenti

20-sentyabr-2017
 
20-sentyabr-2017
 
20-sentyabr-2017
 
20-sentyabr-2017
 
19-sentyabr-2017
 
19-sentyabr-2017
 
19-sentyabr-2017
 
15-sentyabr-2017
 
11-sentyabr-2017
 
11-sentyabr-2017
 
11-sentyabr-2017
 
09-sentyabr-2017
 
09-sentyabr-2017
 
09-sentyabr-2017
 
08-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
Reklam

Reklam
Reklam