7 saylı Yevlax şəhər Qeydiyyat-İmtahan şöbəsində rüşvətxorluq və qanunsuz əməllərlə bağlı şikayətlərin sayı artmağa başlayıb
(13-08-2017, 15:47)

7 saylı Yevlax şəhər Qeydiyyat-İmtahan şöbəsində rüşvətxorluq və qanunsuz əməllərlə bağlı şikayətlərin sayı artmağa başlayıb
Yevlax MERO-sunda sürücülük vəsiqəsi bazarı açıblar,Rəis Elxan Əliyev B kateqoriyalı sənədi 1200 manata, BC kateqoriyalı sənədi isə 1500 manata satır .

Hazırda şöbədə "B" kateqoriyası üzrə sürücülük vəsiqəsi açıq-aşkar 900-1200 manata satılır. "BC" kateqoriyası üzrə sürücülük vəsiqələrinə görə tələb olunan məbləğ isə 1200-1500 manat arasıdır.

Sayta daxil olan məlumatda deyilir ki, bu idarədə hökmranlıq edən çoxdur. Belə ki, idarədə şəffaflığın təmin olunması məqsədiylə dövlət tərəfindən quraşdırılan video- kameraların altında hər şey açıq-aşkardır.

Hələ idarəyə daxil olmamış səni “Torjestvennoe “ qarşılayırlar.

Belə ki, adı çıkilən idarədə “Maklerlər” müstəsna rol oynayır. Sadə, asan və get –gəlsiz sürücülük vəsiqən hazırdı. Yetər ki, əlin cibində olsun a qardaş, ya da ay Xanım...

Mənbəəmiz onu da qeyd edir ki, Xanımlara xüsusi güzəştli kompaniyalar var, heç sürücülüyü tam bacarmayan, ilk dəfə sükan arxasına oturana,heç sürücülük məktəbi oxumamış, məkəbin yerini bilmədiyiniz halda hər şey asandan asandı deyirlər. 200manat artıq ödeniş edin vəssalam, şüttəmam.


Rayon peşə məktəblərinin müəllimləri burada valideynlərlə, vəsiqə almağa gəlmiş insanlarla qiymət sövdələşməsi aparırlar. Burada makler- müəllimlərin tələblərinə "müsbət reaksiya” verən insanlar imtanahlardan "üzüağ” çıxırlar. Makler-müəllimlər tərəfindən alınan rüşvət idarənin rəis müavini, əlində cəmləşir və sonda idarə rəisinə çatdırılır.

Qeyd edək ki, Yevlax 7 saylı Qeydiyyat-İmtahan şöbəsi Mingəçevir, Ağdaş, Bərdə, Tərtər, Ucar, Göyçay və Kəlbəcər rayonlarının sakinlərinə xidmət göstərir.

Şikayətçinin müraciətini olduğu kimi sizlərə çatdırırıq.

“ Hörmətli redaksiya , xahiş edirik bizim üzləşdiyimiz problemlərlərimizi ictiamiyyətə çatdırasınız, açıq-aşkar rüşvətxorluğun və rüşvət tələbinin kimlər tərəfindən aparıldığını ictimaiyyət bilsin. Rayonlarda , bölgələrdə kasıb , imkansız təbəqələri bu məmurlar lap boğaza yığıb.Deməli məsələ bele olub. Bir həftə bundan qabaq qardaşım Quliyev Akif Fəxrəddin oglu özünə məxsus Mersedes 190 10 ts 299 nömrə nişanli avtomabili texniki baxişdan kecirtmək üçün Meroya getmişdir. Həmin bu texniki baxışın şöbəsinin “müdiri” Vuqar Məcidov avtomabili texniki baxışdan kecirtmək üçün 50 azn rüşvət tələb etmişdir. Qardaşımın üstündə cəmisi yol pulu ilə birlikd 40 manat oldugundan işini həll etmədən geri qaytarmış, get pulunu gətir , işini 1 dəqiqədə həll edim demişdir . Qeyd etmek istəyirəmki,texniki baxishin dövlet rüsumu 20 Azn-dir . Ertəsi gün qardaşımla bərabər həmin Meroya getdik .Öz hüquqlarımızi qorumaq məqsədi və Vüqar Məcidovun dövlətimizə, Ulu Öndərin ruhuna etdiyi xəyanəti sübut etmək üçün telefonun kamerasıylaa çəkiliş apardiq. Həmin cəkilişdə video-görüntüdə Vuqar müəlimin bizdən 50 azn rüsvət almasi, heç bir qəbz verməməsi öz əksini tapır. Vüqar Məcidov ruşvəti aldıqdan sonra avtomabilimizi yoxlamadan avtomabilə texniki baxiş kecirtmədən bizi “bilka” almaq üçün qonşu otaqdaki xanımın yanina göndərdi. Həmin otaqda oturan bilkani verən xanim isə bizdən qeyri tərzdə bilka uçun 2 azn pul aldi. Qeyd etmək isteyirəmki avtomabilin yoxlanmadan texniki baxış edilməsini rayon Merosuna gəlsəniz bu “Şəffaflığı” öz gözlərinizlə görərsiniz. Çünki Kamera alinda bazarlıq əsl aşkarlıqdı. Deyilənə görə rəis Elxan Əliyev buranın işçilərinə və hər şöbəyə aylıq rüsüm qoyub.Məhz bu 1500, 1200, 100, 500,50 manatlarda həmin büdcəyə oturdulur.
Yevlax MEROsunda baş vermiş bir rüşvət faktının videosunuda sizə təqdim edirik. Yazıda şikayət edən şəxsin isə videosunu gələn yazımızda sizlərə təqdim edəcəyik.




Ana səhifəyə qayıt

Axtariş

Reklam

Xəbər Lenti

20-sentyabr-2017
 
20-sentyabr-2017
 
20-sentyabr-2017
 
20-sentyabr-2017
 
19-sentyabr-2017
 
19-sentyabr-2017
 
19-sentyabr-2017
 
15-sentyabr-2017
 
11-sentyabr-2017
 
11-sentyabr-2017
 
11-sentyabr-2017
 
09-sentyabr-2017
 
09-sentyabr-2017
 
09-sentyabr-2017
 
08-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
Reklam

Reklam
Reklam