“Qızılağac” qoruğunun yoluxduğu “qızılça” xəstəliyi hər bir vətənsevər vətəndaşımızı narahat etməlidir…
(29-08-2017, 11:03)

“Qızılağac” qoruğunun yoluxduğu “qızılça” xəstəliyi hər bir vətənsevər vətəndaşımızı narahat etməlidir…
Yaxud, “Ovçu insaf eylə, keçmə bu düzdən”
...Sevimli şairimiz S.Vurğunun bu sözləri təkcə Muğan gözəli olan ceyrana aid deyil, Azərbaycan təbiətində yaşayan bütün canlı aləmə aiddir. Zəngin floraya malik olan ölkəmizin ərazisində yaradılan milli parklar, qoruqlar və yasaqlıqlar kifayət qədərdir. Bu sahədə ekologiya və təbii sərvətlər naziri cənab Hüseyn Bağırovun xidmətləri ən böyük alqışa layiqdir. Üstəlik, bu qoruqların mühafizəsinə, qorunmasına və heyvanat aləminin artırılmasına dövlətimiz külli miqdarda pul xərcləyir. Xərclənən pul vəsaitinin məbləği hər il artırılmaqda davam edir. Əslində belə də olmalıdır. Çünki bu gözəl vətənimizin flora və faunasının zənginliyi əslində dövlətimizin, ümumilikdə isə xalqımızın zənginliyi deməkdir.
Ölkəmizin ərazisində yaradılan qoruqların ən böyüyü “Qızılağac” qoruğudur. Zəngin biomüxtəlifliyə malik olan bu qoruğun əsası 1929-cu ildə qoyulub. İlk vaxtlar 180 min hektar ərazisi olan bu qoruğun hazırki sahəsi 88,4 min hektardır. Mənbələrdə göstərilir ki, qoruğun ərazisində 300 növdən çox quş, 50-dən artıq isə balıq növü yaşayır. Qoruğun heyvanat aləminin bu qədər çox çeşidli olmasına görə, 1976-cı ildə qoruq UNESCO-nun siyahısına salınmışdır. Yarı hissəsi su, yarı hissəsi quru və bataqlıqlardan ibarət olan “Qızılağac” qoruğunun müasir vəziyyəti necədir? Qoruq necə qorunur və necə mühafizə olunur?

“Qızılağac” qoruğunun yoluxduğu “Qızılça” xəstəliyi nədən əmələ gəlib?

"Təzadlar" qəzeti üçün apardığımız jurnalist araşdırması bu qoruqda təəccüb və təəssüf doğuran acı nəticələri üzə çıxardı. Çalışacayıq ki, qoruqda baş verən və ürək dağlayan acı nəticələri və özbaşınalıqları cənab nazir H.Bağırovun tam olmasa da, qismən diqqətinə çatdıraq. Hesab edirik ki, “Qızılağac” qoruğunun yoluxduğu “Qızılça” xəstəliyi hər bir vətənsevər vətəndaşımızı narahat edəcəkdir. Yuxarıda qeyd etdik ki, qoruqda 300 növdən artıq quş məskunlaşır. Bunlardan yalnız 284 növü qorunur. Qorunan quşların bir çoxu Respublikamızın təbiətinin “Qırmızı Kitab”ına salınıb. Ancaq nə olsun? Adı çəkilən qoruqda ovu yasaq edilən və edilməyən quşlar ilin bütün fəsillərində kütləvi şəkildə ovlanır. Əslində buna ov da demək olmaz. Bu əsil qətliyamdır.
***
…Yədulla Eyvazov qoruğa rəhbər təyin edildikdən sonra qətliyamın miqyası daha da böyüyərək pik həddinə çatmışdır. Hər ilin qış aylarında Bakı-Astara yolunun Masallı və Lənkəran rayonlarının ərazisindən keçən hissəsində, yol kənarlarında külli miqdarda ov quşları bazarları fəaliyyət göstərir. Bu bazarlarda gecə və gündüz ovlanmış bütün quş növləri satılır. Ürək ağrıdan əsas məsələ ondan ibarətdir ki, adı çəkilən quş bazarlarında nə qədər istəsən diri Qu quşları da satılır və bu Qu quşlarının hamısı “Qızılağac” qoruğundan gətirilir. Nə yazıqlar ki, bütün bunlar yuxarıda adları çəkilən rayonların hüquq-mühafizə orqanlarının gözləri qarşısında baş verir. Düzdür, hərdən qanunsuz ov edənlər cərimələnir, amma görünür, bunlar hesabat xatirinədir…
Qoruqda ovlanan quşların satışı təkcə yol kənarlarında deyil Lənkəran, Masallı və Cəlilabadın mərkəzi bazarlarında da aparılır. 2016-cı ilin fevral ayında Lənkəran rayonunun «Qumbaşı» adlanan kəndində ovlanmış Qu quşu satan və adının çəkilməsini istəməyən bir vətəndaş “Hər bir quş üçün qoruq nəzarətçilərinə nə qədər pul ödəyirsiniz”, -sualımıza cavab verdi ki, 1 ədəd qaşqaldaq üçün 2 manat, 1 ədəd ördək üçün 2,5 manat, 1 ədəd qaz üçün 4 manat, 1 ədəd qu quşu üçün isə 10 manat ödəyirik.
Vətəndaş onu da bildirdi ki, bir çox hallarda qoruq nəzarətçiləri özləri quş ovlayaraq bizə satırlar. “Bəs quş ovu mövsümü başa çatdıqdan sonra nə işlə məşğul olursunuz”, -sualımıza isə cavab verdi ki, quş ovuyla eyni vaxtda və bütün yay mövsümü ərzində qoruğun sularında balıq ovlayırıq. Qoruğun su hövzəsində tor qururuq. Bazarlarda satdığımız çəki, külmə, ziyad, siyənək və digər balıqları qoruq ərazisində ovlayırıq. Elə indi satdığımız diri qu quşları da balıq üçün qurduğumuz torlara ilişir, biz də tuturuq».
“Qızılağac” qoruğunu kimlər və necə qoruyur?-DƏHŞƏT
Bəli, “Qızılağac” qoruğunun direktoru Yədulla Eyvazov və onun əməkdaşlarının “bığaltı” əməllərinin nəticəsində dövlətin və xalqın mülkiyyəti necə talan edilir və aidiyyatı qurumlar buna necə və nə üçün göz yumurlar? Əslində səbəbi bizə bəllidir. İstəyirik ki, oxucularımıza da məlum olsun.
Adının açıqlanmasını istəməyən qoruq nəzarətçisi bildirdi ki, qoruğa nəzarət üçün istifadə etdiyimiz qayıqlara Yədulla və onun özünün seçdiyi bir neçə nəfər nəzarətçi qoruğa aid sularda tor quraraq balıq ovlayırlar. Tutulan külli miqdarda balıq alverçilərə verilir. Buna görə də qoruğun su hövzəsində quşların qidalanması üçün kifayət qədər qida ehtiyatı olmadığı üçün bir çox quş növləri ölkənin nəzarət olunmayan su hövzələrinə miqrasiya edirlər.
***
Bütün bu eşitdiklərimizə aydınlıq gətirmək üçün qoruğun direktoru Yədulla Eyvazovla telefon bağlantısı yaratdıq. Yədulla müəllim verdiyimiz suallara cavab olaraq bildirdi ki, həqiqətən də onların 2 ədəd nəzarətçi qayığı qoruq ərazisində balıq ovuna cəlb olunub. Direktor onu da bildirdi ki, «Onların ovladıqları balığın pulu bizə yuxarıdan verilən bəzi tapşırıqlara sərf edilir…».
Qəribə olsa da maraqlı cavab idi. Direktor elə danışdı ki, sanki qoruq onun şəxsi mülkiyyəti idi. Necə istəsə elə də idarə edə bilər.
Oxucularımıza yuxarıda onu da bildirdik ki, “Qızılağac” qoruğunun yarısı quru səhra və bataqlıqlardan ibarətdir. Qoruğun quru hissəsində vəhşi heyvanlardan brokonyerlərin və qoruq nəzarətçilərinin ciblərinə yarayan çox sayda istər xəz dərili, istərsə də əti yemək üçün istifadə olunan vəhşi heyvanlar var ki, bunların da bir çoxlarının adları təbiətin “Qırmızı kitab”ındadır. Bu heyvanlardan ən çox ovlanan qaban, porsuq və oxlu kirpidir. O oxlu kirpi ki, ovlanması qadağandır.
***
Həyatda bəzən elə şeylər olur ki, insan gördüklərinə inanmır. Hətta bəzən bəzi şeyləri gözlə görüb, əllə toxunsanda yenə inanmırsan. Çünki inanmağın gəlmir. Nə üçün? Son illər ölkəmizin magistral yol kənarlarında, böyük şəhərlərimizin kafe və restoranlarında ilin qış aylarında, qismən isə bütün fəsillərdə porsuq və oxlu kirpi, qaban əti satılır. Dəfələrlə yol kənarlarında adı çəkilən heyvanların diri halda satılmasının da şahidi olmuşuq. Kafe və restoranlarda isə bu heyvanların ətindən çox baha qiymətə kabab hazırlayaraq sifariş edən müştərilərə satırlar. Araşdırma zamanı öyrəndik ki, iaşə obyektlərində əti satılan porsuq və oxlu kirpilərin əksəriyyəti “Qızılağac” qoruğundan gətirilir. Bu heyvanları yeraltı yuvalarından tüstü vasitəsi ilə çıxarmaq üçün bəzən qoruq ərazisində yanğınlar törədirlər. Nəticədə qoruq ərazisinə külli miqdarda ziyan vurulur.
“Qızılağac” qoruğunu kimlər və necə qoruyur?-DƏHŞƏT
Bu barədə soruşduqda isə Yədulla Eyvazov bizə bildirdi ki, nəzarətçilərin öhdəsindən gələ bilmir. Burada onun işinə maneçilik törədən qoruq əməkdaşları çoxdur, çünki «Mən buralı, yəni lənkəranlı deyiləm. Ona görə də mənim rahat işləməyimə hər cürə mane olurlar».
Buk imi cavab bizi nə qədər təəccübləndirdisə, bir o qədər də təəssüf yaratdı.
Yədulla Eyvazov bilmir ki, bizim ölkəmizdə vətəndaşın hansı rayondan olmasından asılı olmayaraq, o, bu müqəddəs ölkənin bərabər hüquqlu vətəndaşıdır. O ki, qaldı “Qızılağac” Təbiət qoruğunda baş verənlərə, biz dedik, tədbir görmək isə aidiyyatı qurumların üzərinə düşür.
Mirhüseyn Alarçaylı.

“Qızılağac” qoruğunun yoluxduğu “qızılça” xəstəliyi hər bir vətənsevər vətəndaşımızı narahat etməlidir…
“Qızılağac” qoruğunun yoluxduğu “qızılça” xəstəliyi hər bir vətənsevər vətəndaşımızı narahat etməlidir…
“Qızılağac” qoruğunun yoluxduğu “qızılça” xəstəliyi hər bir vətənsevər vətəndaşımızı narahat etməlidir…


Ana səhifəyə qayıt

Axtariş

Reklam

Xəbər Lenti

20-sentyabr-2017
 
20-sentyabr-2017
 
20-sentyabr-2017
 
20-sentyabr-2017
 
19-sentyabr-2017
 
19-sentyabr-2017
 
19-sentyabr-2017
 
15-sentyabr-2017
 
11-sentyabr-2017
 
11-sentyabr-2017
 
11-sentyabr-2017
 
09-sentyabr-2017
 
09-sentyabr-2017
 
09-sentyabr-2017
 
08-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
Reklam

Reklam
Reklam