Qənirə Paşayeva Tovuzda təbii fəlakətin zərər vurduğu kəndlərə baş çəkib
(7-09-2017, 09:10)

Qənirə Paşayeva Tovuzda təbii fəlakətin zərər vurduğu kəndlərə baş çəkib
Millət vəkili Q.Paşayeva Tovuz rayonunun Əlimərdanlı, Qaraxanlı, Qədirli, Cilovdarlı, Xatınlı, Cəlilli, Düz Cırdaxan kəndlərində bir müddət əvvəl təbii fəlakət, dolu yağması nəticəsində evləri, əmlakları zərər görmüş vətəndaşlarla yenidən görüşüb və kənd sakinlərinə dəymiş zərərin aradan qaldırılması istiqamətində dövlət dəstəyi ilə görülən işlərlə maraqlanıb və vətəndaşların qayğılarını dinləyib. Özəlliklə yağan dolunun evlərinin damını tamamilə yararsız vəziyyətə saldığı bir sıra maddi imkanları ağır ailələrə baş çəkən millət vəkili Q.Paşayeva onların evinin dam örtüyünün düzəldilməsi istiqamətində şiferlə təmin olunub-olunmadıqları ilə maraqlanıb və bildirib ki dövlət bunun üçün vəsait ayırıb və bu cür ailələrə şifer yardım edilməlidir. Millət vəkili Q.Paşayeva sakinlərlə görüşündə evlərini təcili sığortalamağa da çağırıb və bunun nə qədər vacib olması ilə bağlı onlara geniş bilgilər verib və müzakirələr aparıb. Q.Paşayeva kəndləri ziyarət zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili fiziki imkanları məhdud insanların müraciətləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun rayondakı nümayəndələri ilə onların öz həllini tapması üçün müzakirələr aparıb. Müraciətlər arasında iş yerinə və ünvanlı sosial yardıma ehtiyac olduğunu bildirənlər xüsusi yer tutub. Q.Paşayeva sakinlərin qayğı və problemlərini dinləməklə yanaşı onların narahat edən məsələlər ətrafında qanunvericiliklə hansı haqlara malik olmalarını da izah edib. Q.Paşayeva son illlər cənab Prezidentin rəhbərliyi altında ölkəmizdə və Tovuzda görülən işlər barədə də məlumat verərək, imkanları artdıqca bir sıra digər problemlərin də öz həllini tapacağına inandığını bildirib. Millət vəkili eyni zamanda həmin kəndlərdə bir sıra şəhid ailələri, müharibə əlilləri, sağlamlıq imkanları məhdud şəxslərin ailələri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb və həlli istiqamətində çalışacağını bildirib.

Qənirə Paşayeva Tovuzda təbii fəlakətin zərər vurduğu kəndlərə baş çəkib
Qənirə Paşayeva Tovuzda təbii fəlakətin zərər vurduğu kəndlərə baş çəkib
Qənirə Paşayeva Tovuzda təbii fəlakətin zərər vurduğu kəndlərə baş çəkib
Qənirə Paşayeva Tovuzda təbii fəlakətin zərər vurduğu kəndlərə baş çəkib


Ana səhifəyə qayıt

Axtariş

Reklam

Xəbər Lenti

20-sentyabr-2017
 
20-sentyabr-2017
 
20-sentyabr-2017
 
20-sentyabr-2017
 
19-sentyabr-2017
 
19-sentyabr-2017
 
19-sentyabr-2017
 
15-sentyabr-2017
 
11-sentyabr-2017
 
11-sentyabr-2017
 
11-sentyabr-2017
 
09-sentyabr-2017
 
09-sentyabr-2017
 
09-sentyabr-2017
 
08-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
Reklam

Reklam
Reklam