İcra başçısının bir zaman “dostum” dediyi iş adamı niyə həbsdədir?
(9-09-2017, 08:44)

İcra başçısının bir zaman “dostum” dediyi iş adamı niyə həbsdədir?
Sumqayıtda baş verənlər və icra başçısı Zakir Fərəcovun iş adamlarına qarşı haqsızlığı ilə bağlı imzamla Realliq.info – da dünən yazı (http://realliq.info/10145-zakir-ferecovun-qezebi-ve-azadligi-elinden-alinan-muqayis-verdiyevin-gerchekleri.html) dərc olunub. Yazıda Sumqayıt merinin dövlət vəsaitlərini mənimsəməsi, abalaşdırma adı ilə şəhərin park və təhsil ocaqlarının əraziləri satışa çıxarması, ölkə başçısının tapşırıq və tövsiyyələrinə məhəl qoymayaraq şəhər sakinlərinə süni problemlər yaratması, ləğv olunmuş MTN –nin cinayətkar şəbəkəsi ilə əməkdaşlıq etməsi və onların əli ilə narazılıqları boğmağa çalışmasından, hazirda şəhər polis idarəsinin rəisi ilə eyni əməlləri təkrarlaması və iş adamlarını aldadaraq müflis etməsi barədə bəhs olunub.

Qanunların boyun bükdüyü məmur
Yazı dərc olunandan sonra sosial şəbəkədə Sumqayıt icra başçısının haqsızlığı ilə üzləşən vətəndaşlar öz şərhlərində Zakir Fərəcovun niyə cəzalandırılmaması və onun aşkar həyata keçirdiyi özbaşınalıqlara niyə hüquqi qiymətin verilmədiyini önə çəkiblər. Təbii ki, bu suala yazı müəllifi olan sayt rəhbərinin cavab verməsi və qanunların Zakir Fərəcov adı qarşısında niyə acizanə “boyun bükdüyünü” söyləməsi gerçəkləri hələki, dəyişmir. Zakir Fərəcov adlı bəlanın sumqayıtlılara yaşatdığı problemlərin həllinə biganə qalmaq cəmiyyətdə narazı kütlənin formalaşmasına şərait yaratmaq deməkdir. Sumqayıt icra başçısının məqsədli şəkildə hakimiyyətə qarşı narazı kütlə formalaşdırmaq istəyini də nəzərə alsaq o zaman “Akula”nın yırtıcı siyasətinin önünə keçmək vaxtının yetişdiyini etiraf etməliyik.
Zakir Fərəcovun “Sumqayıt Krallığı” və oğurlanan 12 milyon
Qeyd etdiyimiz kimi, iş adamlarını aldadaraq Sumqayıtda abadlaşdırma işlərinə cəlb edən və sonradan onların pullarını verməkdən imtina edən icra başçısının haqsızlığının qurbanları az deyil. Sumqayıt Dənizkənarı Bulvarının tikintisinə xərclənən pulların qaytarılmaması etirazlara səbəb olsa da icra başçısı hər zamankı metodundan yararlanmaqdadır. Bəzi iş adamlarını hədələməklə, bəzilərini polis idarəsində işgəncələrə məruz qoymaqla istəyinə qismən çatdı. Lakin susdura bilmədiyi iş adamını isə 11 aydır qanunsuz həbsə saldıran Zakir Fərəcov cinayətkarlığa qarşı mübarizə aparan dövlət strukturlarına da əzələ nümayiş etdirə bilir.

“Akula”nın qəzəbi və “Sumqayıt krallığı”
Fərəcov adlı fövqəlgücün qurbanına çevrilən iş adamlarından biri “Azər-İnşaat-2009” MMC-nin direktoru Müqayis Verdiyevin Sumqayıtda xərclədiyi pulunu tələb etməsi və hədələrdən, işgəncələrdən çəkinməyərək tələbindən imtina etməməsi “Akula”nın qəzəbinə səbəb oldu. 11 aydır qanunsuz olaraq Sabunçudakı evindən çıxarılaraq Sumqayıt polisinə gətirilən və saxta ittihamlarla həbsdə olan iş adamının ölkənin Baş prokuroruna ünvanladığı müraciətdə qeyd olunanlar dəhşətli mənzərənin görüntülərini çılpaqlığı ilə ortaya qoymuş oldu. Bu günə qədər yazdıqlarımız və Realliq.info – nun arxivində həllini gözləyən faktlar bir daha təsdiqini tapmış oldu.
Zakir Fərəcovun “Sumqayıt Krallığı” və oğurlanan 12 milyon
Həmişə yazdığımız kimi, Sumqayıt Zakir Fərəcovun nəzarətində olan və onun istəklərinin şəhəridir. Şəhərdə icra başçısının ədalətsizliyinə etiraz edənlər istənilən cəzaya məhkum oluna bilərlər. Sumqayıt şahı öz vəzirlərinə və polisdəki cəlladlarına verdiyi əmrlər ölkənin qanunlarına zidd olsa belə icra olunur. Zakir Fərəcovun “Sumqayıt krallığı”nın qanunları ilə Polis, məhkəmə verilən əmrləri icra etməlidir. Yaşı ötmüş, məhkəmə binasının pilləkkənlərini qalxması üçün köməkçiyə ehtiyac duyan sədr Zeyqəm Hüseynovda şahına sadiqdir. Məhz onun sədrliyi altında məhkəmə hakimlərinin verdiyi qanunsuz hökmlərin qurbanları artmaqda davam edir. Sumqayıtın topdansatış bazarlarını xatırladan şəhər məhkəməsinin qanusuz fəaliyyətinə biganəlik iş adamlarının susdurulmasında önəmli rol oynayır...
Müqayis Verdiyevin Baş prokurora ünvanlanmış müraciətində sadalanan faktlara nəzər salmazdan öncə “Akula” ləqəbli icra başçısının iş adamına bir il öncə olan münasibətinə nəzər salaq. Məclislərdə - “Müqayiş Verdiyev dostumdur və onun gördüyü işlər dövlətə ən böyük xidmətdir” – deyən Zakir Fərəcov cəmi 3 ay sonra dostuna xəyanət etdi. Hər zamankı Fərəcov olaraq...

Fərəcovun “dizi üstə” olan çörəyi və dosta xəyanəti
Sumqayıta dəvət edərək Dənizkənarı Bulvarın tikintisini tapşırdığı iş adamı ilə daim çörək kəsən icra başçısı ona 12 milyon manat xərclədikdən sonra dostluğa xitam verməyi qərara aldı. Kəsdiyi çörəyi “dizi üstə” olan Fərəcovun iş adamına pulunu qaytarmamaq üçün əl atdığı ən iyrənc yol hamını şoka salsada həqiqət dəyişmədi. Müqayis Verdiyev dövlətə layiqli xidmət etdiyi üçün Zakir Fərəcovun qəzəbinin qurbanına çevrilib.
Zakir Fərəcovun “Sumqayıt Krallığı” və oğurlanan 12 milyon
Hələ bir il öncə Zakir Fərəcovun dövlətə xəyanətinin arxasınada duran maraqlara toxunan Realliq.info saytı icra başçısının ermənilərlə işbirliyi quran qohumlarından bəhs etmişdi. “Zakir Fərəcovun ermənilərlə işbirliyi: Eldar Mahmudov icra başçısını necə xilas edib?” – başlıqlı yazıda (yazının müəllifi İkram Rəhimov) qeyd olunan faktlar adıçəkilən məmurun dövlətinə, vətəninə olan “sevgisinin” əsl mahiyyətini üzə çıxarmışdı.
Məqalədə qeyd olunur: “Illər öncə, daha doğrusu 2005 – ci ildə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin və Baş Prokurorluğun, hətta deyəsən DİN-in də adının olduğu qorxulu bir bəyanat verilmişdi. Bəyanatda qeyd olunur ki, Azərbaycanın cəbhə təmas xəttində ermənilərlə işbirliyi quran gizli bir qrup aşkar edilib. Bu hadisə ilə bağlı MTN-in Hərbi Əks Kəşfiyyat İdarəsinin və Hərbi Prokurorluğun yaratdığı birgə qrup istintaq aparırdı.
Bəyanatı oxuyanda adamın tükləri biz-biz dururdu. Söhbət Güləbirdli Vaqif kimi tanınan keçmiş hərbçi Vaqif Cabbarov haqqında səsləndirilən cinayət seriyasından gedirdi. Vaxtı ilə Laçındakı Güləbird batalyonunun komandiri olmuş həmin şəxs daha sonra Füzuli rayonunun Böyük Bəhmənli kəndində məskunlaşmışdı.

Bəyanatda qeyd edilirdi ki, hələ döyüş əməliyyatları gedən zamanlarda ermənilərlə əlaqə quran V.Cabbarov Azərbaycanın Laçındakı Silahlı Qüvvələri, onların tutduqları mövqelər və digər məsələlər barədə düşmənə məlumat verib. Laçının işğalından sonra da ermənilərlə əlaqələrini kəsməyib, hər gün rayondan 150-200 çörək və ərzaq alaraq ermənilərə verirmiş. Həmçinin onlara Azərbaycan ordusu barədə də məlumatlar ötürürmüş. Bəyanatda bildirildiyinə görə, V.Cabbarovla birlikdə onun oğlanları Cəlal, Aqil, Cabbar Cabbarovlar, V. Cabbarovun kürəkəni Şakir və onun oğlanları Amillə Anar da həbs olunublar. Şakir Beyləqanda “Sedmoy” adlanan ərazidə yerləşən “N” saylı hərbi hissənin maddi-texniki təminat xidmətinin rəisi işləyirmiş. V.Cabbarovun oğlanlarından biri Almaniyada yaşayıb və orada bizneslə məşğul imiş. O da Almaniyada həbs olunaraq Azərbaycana gətirilib. Məlumata görə, V.Cabbarovun həyətindəki ot tayasının altından külli miqdarda silah-sursat tapılıb. Ondan 2700 xırda, 1500 iri buynuzlu mal-qara, 1 ədəd “KamAZ” (qoşqulu), 2 ədəd hərbi maşın – “Ural”, “UAZ”, 1 ədəd “QAZ 53”, 1 ədəd “LADA 07”, 1 ədəd “Niva”, bir ədəd xarici markalı maşınlar, müxtəlif növ silahlar müsadirə olunub. V.Cabbarovun və oğlu Cəlal Cabbarovun Füzulinin Alıxanlı kəndinin yaxınlığında yerləşən qoyunçuluq yataqları, ailənin Bakıdakı maşın təmiri sexləri və avtomobil hissələri satan mağazaları olub. Verilən məlumata görə, V.Cabbarov həbsindən bir ay əvvəl Laçında toyda olub. Hətta o da bildirilir ki, V.Cabbarovun Azərbaycanın işğal olunmuş ərazilərində həşiş və narkotik bitki plantasiyaları da olub.Bütün bu məlumatlar MTN, DİN və Baş Prokurorluğun birgə bəyanatlarında yazılmışdı. Ölkə bir-birinə qarışmışdı. Amma nəticə bilirsiniz, nə oldu? Güləbirdli Vaqif bu işə görə bir il iş aldı və bu söhbət öldü. Söhbət həm də ona görə öldü ki, Vaqif Cabbarov o zaman Abşeronun icra başçısı olan Zakir Fərəcovun qohumudur.

Eldar Mahmudov icra başçısını xilas edib
Zakir Fərəcovun “Sumqayıt Krallığı” və oğurlanan 12 milyon
Zakir Fərəcovun keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovla sıx işbirliyi və dostluq münasibətləri Vaqif Cabbarovun azadlığa buraxılmasına təkan verdi. Bir il həbsdə qalan və DÖVLƏTƏ, VƏTƏNİNƏ xəyanət edən şəxsin müammalı şəkildə azadlığa buraxılması və “YOXA” çıxması illərlə medianı da düşündürən məqam oldu. Ötən yazılarımızda qeyd etdiyimiz kimi Zakir Fərəcovun Eldar Mahmudova və onun cinayətkar şəbəkəsinə rəhbərlik edən Akif Çovdarova bağışladığı milyonlarla dəyərində furajkalı villa və hektarlarla torpaq sahələri icra başçısının qohumunun azadlığa qovuşmasına yardım edib. İcra başçısının qohumunun həbsi və düşmənlə işbirliyi quraraq vətənə xəyanətdə adının keçməsi Zakir Fərəcovun əsl kimliyinə aydınlıq gətirməklə onu vəzifəsindən edə bilərdi. Məhz buna görə çox sevdiyi qohumunu azadlığa qovuşduran icra başçısı Vaqifi bu günə qədər hamıdan gizli bir yerdə saxlaya bilib. Lakin araşdırmalarımız nəticəsində ortaya çıxan Xızı rayonundakı ferma Vaqif Cabbarovun da harda saxlanıldığına aydınlıq gətirmiş oldu.

Zakir Fərəcovun DÖVLƏTƏ “sevgisi” təkcə bununla bitmir. O, həbsdən azad etdiyi Vaqif Cabbarovu öz fermasına baş çoban təyin edir və Güləbirdliyə məxsus qoyun sürüsünü də Xızıdakı yatağına aparılmasına yardım edir (Nəzərə alsaq ki, sürüdən başqa yüzminlərlə dəyərində obyektlərdə hazırda bu şəxslərin nəzarətindədir. İkram Rafiqoğlu). Bundan sonra Ceyranbatan qəsəbəsində vətənini düşmənə satmaqda günahlandırılan Vaqifə 20 sot torpaq hədiyyə edir. Bununla kifayətlənməyərək qohumunun oğlanlarına obyektlər və iş yerləri təşkil edir. Hətta ferma müdirinə və adı vətənə xəyanətdə çəkilən V.Güləbirdliyə ən bahalı maşın hədiyyə edərək onun üçün şəxsi sürücü tutur”.

“Akula”nın oğurladığı 12 milyon və çarəsiz iş adamı
Göründüyü kimi Müqayis Verdiyev kimi iş adamlarının Dövlətinə xidmət etməsi və ölkə başçısını dəstəkləməsi Zakir Fərəcovun qəzəblənməsinin əsas səbəblərindən biridir.
Zakir Fərəcovun “Sumqayıt Krallığı” və oğurlanan 12 milyon
12 milyon manatını Sumqayıtda abalaşdırma işlərinə xərcləyən Müqayis Verdiyevin “Akula” ləqəbli icra başçısından pulunu geri tələb etməsi 11 aylıq həbsin yaranma səbəbi olmaqla Zakir Fərəcovun dost dediyi insana etdiyi xəyanətdir. Lakin bizi Fərəcovun dostluğa necə yanaşması maraqlandırmır və bu mövzu onun ətrafında hər an Müqayis Verdiyevin taleyini yaşaya biləcək insanları narahat etməlidir. Bizi düşündürən bir iş adamının 12 milyon manat pulunu mənimsəyərək saxta sənədləşmələr aparan icra başçısının əməllərinə hüquqi qiymətin verilməsidir.
Müqayis Verdiyevin ölkənin baş prokuroruna ünvanladığı müraciətdə qeyd olunan faktlar Zakir Fərəcovun bir ömür cəzaya məhkum edilməsinə yetərlidir. Biz inanırıq ki, iş adamının müraciətində qeyd olunan mənimsəmələr və büdcədən ayrılan vəsaitlərin bir məmur tərəfindən oğurlanmasına hüquqi qiymət veriləcək. İş adamının müraciətindəki faktlara isə növbəti yazıda ətraflı toxunacağıq.
Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Ardı var.
İkram Rəhimov
Realliq.info (Realliq.az) saytının baş redaktoru

İcra başçısının bir zaman “dostum” dediyi iş adamı niyə həbsdədir?
İcra başçısının bir zaman “dostum” dediyi iş adamı niyə həbsdədir?
İcra başçısının bir zaman “dostum” dediyi iş adamı niyə həbsdədir?
İcra başçısının bir zaman “dostum” dediyi iş adamı niyə həbsdədir?
İcra başçısının bir zaman “dostum” dediyi iş adamı niyə həbsdədir?


Ana səhifəyə qayıt

Axtariş

Reklam

Xəbər Lenti

20-sentyabr-2017
 
20-sentyabr-2017
 
20-sentyabr-2017
 
20-sentyabr-2017
 
19-sentyabr-2017
 
19-sentyabr-2017
 
19-sentyabr-2017
 
15-sentyabr-2017
 
11-sentyabr-2017
 
11-sentyabr-2017
 
11-sentyabr-2017
 
09-sentyabr-2017
 
09-sentyabr-2017
 
09-sentyabr-2017
 
08-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
Reklam

Reklam
Reklam