“ADY Express” Maqnitiqorsk Metallurgiya Kombinatının yüklərinin Bakı-Tbilisi-Qars marşrutu ilə nəql edilməsini təşkil edir

“Maqnitiqorsk Metallurgiya Kombinatı” (MMK) PSC  Türkiyəyə metal məhsullarının çatdırılması üçün yeni marşrut təşkil edib.

Şirkətin xəbərində deyildiyi kimi, MMK,  Maqnitiqorsk – Bakı – Tbilisi – Qars dəmir yolu marşrutu ilə Türkiyəyə metal məhsullarının nümunə partiyasını çatdırıb.

“Hazırda Azərbaycan operatoru “ADY Express” ilə birlikdə, bu marşrut ilə ildə 250 min ton metal məhsullarının və ya “MMK Metalurji”nin isti yayma rulonunda tələbinin üçdə bir hissəsinin çatdrılması imkanı hazırlanır”, – deyə məlumatda qeyd edilir.

Məlumatda deyilir ki, ümumi çəkisi 120 ton olan 4 ədəd konteyner, “Maqnitiqorsk Metallurgiya Kombinatı”nın  Türkiyədəki törəmə müəssisəsinə çatdırıldı. Metal məmulatı olan vaqonlar 17 gün ərzində 5 min km məsafədə qət edib. Xatırladaq ki, “MMK Metalurji”nin isti yayma rulonunun tədarükü Novorossiysk limanı vasitəsi ilə yalnız dəniz yolu ilə həyata keçirilmişdir: bu marşrutun uzunluğu 6 min km-dən çox, yolun müddəti isə 30 gündür.

Loqistik marşrutlarının diversifikasiyası, şirkət üçün Novorosiysk limanını akvatoriyasında əlverişsiz hava şəraitindən və nəqliyyat növünün dəyişməsindən sığortalanmaq deməkdir.  Əlavə yükaşırma əməliyyatlarının azalması (qatar-gəmi-qatar) kombinatın istehsal etdiyi məhsulun zədələnməsini də azaldır. Eyni zamanda yeni marşrut yüklərin nəqliyyat müddətini azaltmaqla, şirkətə kapitalın dövriyyəsini də optimallaşdırmağa imkan yaradır. Və nəhayət Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edilməsi, Maqnitoqorsk Metallurgiya Kombinatına İskəndərunda yerləşən və özünə məxsus liman vasitəsi ilə Yaxış Şərq, Afrika və Avropaya məhsulunu nəql etməsinə əlverişli şərait yaradır.

*************************

“ADY Express” организует поставку грузов Магнитогорского Металлургического комбината по маршруту Баку-Тбилиси-Карс

ПАО «Магнитогорский металлургический комбинат» (ММК) разработал новый маршрут поставки металла в Турцию.

Как сказано в сообщении компании, ММК доставил пробную партию металлопродукции в Турцию по железнодорожному маршруту Магнитогорск – Баку – Тбилиси – Карс.

«В настоящее время с азербайджанским оператором ADY Express разрабатывается возможность поставки по этому маршруту до 250 тыс. тонн металлопродукции в год, или около трети потребности MMK Metalurji в горячекатаном рулоне», – сказано в сообщении.

В сообщении сказано, что 4 контейнера общим весом 120 тонн доставлены на дочернее предприятие Магнитогорского металлургического комбината в Турции. Вагоны с металлопродукцией преодолели расстояние в 5 тыс. км за 17 дней. До настоящего момента поставки горячекатаного рулона на ММК Metalurji осуществлялись исключительно морем через порт в Новороссийске: протяженность данного маршрута составляет более 6 тыс. км, время в пути – 30 дней.

«Диверсификация логистических потоков позволит компании снизить риски, связанные с конвенционными запрещениями и непогодой в акватории Новороссийского порта. Снижение числа перевалок также позволит избежать механических повреждений товарной продукции и обеспечит сохранение качественных характеристик металла. К тому же, снижение сроков доставки позволит оптимизировать оборотный капитал компании за счёт снижения запасов в пути. Помимо этого, новый маршрут позволяет рассматривать перспективу диверсификации экспортных поставок в страны Ближнего Востока, Европы и Африки через собственный порт ММК в турецком городе Искендерун», – сказано в сообщении.

Be the first to comment on "“ADY Express” Maqnitiqorsk Metallurgiya Kombinatının yüklərinin Bakı-Tbilisi-Qars marşrutu ilə nəql edilməsini təşkil edir"

Leave a comment

Your email address will not be published.


*