Əbülfəz Məlikovun ermənilərlə ticarət tərəfdaşlığı var? Araşdırmalar başlayıb

“Bu il Gömrük Komitəsinin malların idxalından 1 milyard manata yaxın dövlət büdcəsinə vəsait daxil olub. Ancaq biz rüsumları və gömrük tariflərini artırmamışıq. Bəs bu qədər vəsait nəyin hesabına büdcəyə daxil olub?” Bu sözləri millət vəkili Vahid Əhmədov bu gün Milli Məclisdəki çıxışında deyib. Deputat bildirib ki, bunun səbəbi Gömrük Komitəsində aparılan kadr siyasəti ilə əlaqələndirib: “Gömrük Komitəsində rüşvətxorluğun qarşısının alınması məqsədilə büdcəyə 1 milyard vəsait daxil olub. Azərbaycan 27 ildir ki, müstəqil dövlətdir. Hər il bir milyard daxil olsaydı, görün bu təkcə gömrük sahəsindən 27 milyard pul edirdi. Ancaq bu məbləğ hələ indi büdcəyə daxil olur. Bunu əvvəllər kim mənimsəyibsə, məsələni araşdırmaq artıq hüquq-mühafizə orqanlarının işidir. Qeyd edim ki, Azərbaycanda kölgə iqtisadiyyatının həcmi çox böyükdür. Mən burada rəqəmi açıqlamaq istəmirəm. Bunu aradan qaldırmaq üçün ciddi işlər görülməlidir”.

Daxil olan informasiyaya əsasən uzun illər Azərbaycan gömrüyündə kölgə iqtisadiyyatının əsas fiqurlarından olan Əbülfəz Məlikovun illərdir ki, büdcədən oğurladığı pullarla bağlı yoxlamalar başlayıb. Məlumata əsasən Ə.Məlikovun büdcədən yayındıraraq yığdığı pulların həcmi milyardlarla dollar həcmindədir. İnformasiyaya əsasən onun biznes ortaqları, beynəlxalq ticarətdə tərəfdaşları arasında hətta ermənilər də var.

Bu barədə mediada uzun illər iddialar yer alsa da gömrüyün əsas broker kralı susmağa üstünlük verib. Məlumata əsasən Azərbaycana qarşı kənar təxribatların artması müşahidə olunsa da, bu yöndə ölkəmizin hüquq-mühafizə orqanlarının gərəkən və vaxtında gördüyü tədbirlər hər bir düşmən qüvvənin son nəticədə yerində oturdulması ilə nəticələnməkdədir. Elə Gəncə olaylarının arxasında kimlərin dayanması və bu hadisələrlə bağlı atılan sərt addımları qeyd olunan qəbildən hesab etmək olar.

Bununla bağlı yayılan xəbərlərdə olduqca maraqlı açıqlamalar verən mötəbər mənbə iddia edir ki, əslində uzun zamanlar Azərbaycanda şəbəkələşməyə müvəffəq olan təhlükəli qüvvələrin əllərində iqtisadi rıçaqlar da yetərincədir. Bu yöndə isə gömrük orqanlarının buraxdığı yanlışlıqlar və nəticədə həmin düşmən qüvvələrin xüsusi imkanlar əldə etməsi də iddia olunmaqdadır.

Məlumatlı mənbə açıqlamasında iddia edir ki, zamanında Azərbaycan gömrüyünün qara bəlası kimi dəyərləndirilən “Trans Broker” MMC və onun rəhbəri olmuş, hazırda “Gilan” Holdinqdə “gizlənən” Əbülfəz Məlikov fəaliyyətdə olduğu müddətdə təkcə gömrük sisteminin işini iflic etməyib, eyni zamanda Azərbaycan üçün təhlükəli hesab olunan qüvvələrlə də müəyyən iş birliyinə gedib.

Bu gün Milli Məclisdə də gömrükdən illər uzunu proqnozdan az vəsait toplanması zəruri araşdırmaların başlanmasına səbəb olub. Hazırda Əbülfəz Məlikovun da ən böyük sərvət sahiblərindən və büdcə talançılarından biri kimi keçdiyinə görə, araşdırmalar aparılır. Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Gundeminfo.az

Be the first to comment on "Əbülfəz Məlikovun ermənilərlə ticarət tərəfdaşlığı var? Araşdırmalar başlayıb"

Leave a comment

Your email address will not be published.


*