Əvəz Qocayevin Baki Meri xülyası və Saleh Məmmədova tikilən torba

Son günlərdə yerli mətbuatda “Azərbaycan Avtomabil Yolları Dövlət Agentliyinin” sədr müavini Əvəz Qocayev barəsində tənqidi məqalələr bitib tükənmir. Gah bu qurumun sədri Saleh Məmmədovun yerinə göz tikdiyini və ayağının altını qazdığını , gah da harasa icra başçısı getməkdən ötrü müxtəlif “kanallara” yollar axtarması ilə bağlı yazılar dərc olunur.

Buda ondan xəbər verir ki, Əvəz Qocayev onu vəzifə sahibi edən eks Nəqliyyat Naziri (Ləvğ olunmuş) Ziya Məmmədov dövründə olan arxayınlığı və vəzifəbazlığını yenidən həyata keçirtmək arzusu ilə yaşayır. Bundan əlavə Ziya Məmmədovun dövüründən yığdığı mal- mülklərin siyahısıda Azərbaycan mətbuatına bəlli olub.
Həmin siyahını sizlərə təqdim edirik

Binəqədi rayonu Cəfər Xəndan küçəsi 28, mənzil 23 ünvanında sahəsi 155 kv.m olan 4 otaqlı mənzil, “Oba” MTK-da sahəsi 120 kv.m olan “NN” Gözəllik salonu, həmin salonun içinə 70000 manat dəyərində avadanlıq, “Oba” MTK-da sahəsi 180 kv.m olan 4 otaqlı mənzil,Varovski qəsəbəsində 6 sot torpağın icində 3 mərtəbə villa, “Star-M” MTK-da ümumi sahəsi 320 kv.m olan 7 otaqlı iki mənzil, “Real” MTK-da 4 otaqlı sahəsi 185 kv.m olan mənzil, “Yeni Həyat” MTK Port Bakunun üstündə sahəsi 130 kv.m olan 3 otaqlı mənzil, Novxanıda bağ evi, (evin əşyaları 250000 manat), Novxanıda bağ evi, (evin əşyaları 400000 manat)dəyərində, “Real” MTK-də 380 kv.m olan ofis,( ofisin içinə alınmış avadanlıq 60000 manat), «S klass -20R Mersedes» markalı, 10-RX-050 dövlət qeydiyyat nişanlı avtomaşın və «Karavella Volsvagen» markalı, 90-NN-400 dövlət qeydiyyat nişanlı avtomaşın…

Deyilənə görə “Azərbaycan Avtomabil Yolları Dövlət Agentliyinin” sədr müavini Əvəz Qocayev həmin qurumun sədri Saleh Məmmədovun vəzifəsinə ciddi şəkildə göz dikməklə müəyyən tanışlıqlardan istifadə edərək Saleh müəllimin gedişinə çalışır

Mənbə xəbər verir ki,Əvəz Qocayev yaxın günlərdə Baki Meri gəlmək xülyasına düşərək ” böyük rayonlara gələ bilmədimsə mütləq Baki Şəhər İcra hakimiyyətinin başçısı olacağam deyib. Bu yer məhz mənə görə boş saxlanılıb”  Biz kim oluruq vəzifə bölüşdürək?

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Xeberal.az

Be the first to comment on "Əvəz Qocayevin Baki Meri xülyası və Saleh Məmmədova tikilən torba"

Leave a comment

Your email address will not be published.


*