Azərbaycanda fəaliyyət göstərən dondurma şirkəti müştəriləri aldadıb

Minval.info xəbər verir ki, mağazaların birindən dondurma alan alıcı fırıldağın şahidi olub. O, məhsulu alarkən istehsal tarixinə baxdıqda təəccüblənib. Belə ki, bu gün satılan dondurmanın aprelin 1-də istehsal olunduğu yazılıb.

“A-Klass” dondurmaları “A.Y.S-60” MMC tərəfindən hazırlanır.

Maraqlıdır ki, ötən il İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilib ki, “A.Y.S-60” MMC-nin istehsal etdiyi “Südlü” klassik və “A-klass” dondurmalarında bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformlar) miqdarının normativ sənədlərdə nəzərdə tutulmuş miqdardan artıq olduğu müəyyən edilib. və istehsal qadağan edilib.

Minval.İnfo saytının əməkdaşı “A.Y.S-60” MMC ilə əlaqə saxlayıb. Cəmiyyətdən bildiriblər ki, tarix sırf texniki problem ucbatından səhv gedib: “Cihazda tarix ayarlanan zaman səhv olub. Biz o dondurmanı martın 1-i istehsal edib, satışa çıxarmışıq. O ki qaldı qadağaya, biz bütün problemləri həll etmişik. Nazirlik yoxlama aparıb və yenidən istehsala icazə verib”.

Be the first to comment on "Azərbaycanda fəaliyyət göstərən dondurma şirkəti müştəriləri aldadıb"

Leave a comment

Your email address will not be published.


*