Bakı Metroparkının Elmlər Akademiyası stansiyası yaxınlığında, Bəxtiyar Vahabzadə küçəsində piyada yolu satılıb

bu barədə Qaynarinfo-ya sakinlər məlumat verib. Məlumatda bildirilir ki, 1 həftədir yolun yaşayış binasına bitişik hissəsində obyekt tikintisi aparılır.
Sakinlər redaksiyamıza həmin ərazidə tikintinin aparılmasını göstərən fotolar da göndərib.
Qeyd edək ki, sözügedən ərazi insanların ən çox istifadə etdikləri küçə olduğundan, yolun zəbt edilməsi piyadaların gediş-gəlişinə maneçilik törədir.

Be the first to comment on "Bakı Metroparkının Elmlər Akademiyası stansiyası yaxınlığında, Bəxtiyar Vahabzadə küçəsində piyada yolu satılıb"

Leave a comment

Your email address will not be published.


*