Bakıda ayıq sürücü avtomobilin açarını götürüb qaçdı

Ayıq sürücü xidmətləri göstərir. Dünən bu şirkətin sürücüsü başımıza oyun açıb. Adam avtomobilin açarını da götürüb, itmişdi”.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalist Mahir Məmmədli sosial şəbəkədə yazıb. O bildirib ki, sürücü əvvəlcə nəzərdə tutulmuş məbləğdən yüksək ödəniş istəyib, daha sonra isə avtomobilin açarını götürüb gedib: “1 saat 40 dəqiqənin tamamında avtomobildə tək mən qalmışdım və Nərimanovdan Yeni Yasamala getməli idim. Sürücüdən ödəyəcəyimiz məbləği soruşduq. Dedi ki, 21 manat. Başa salmağa çalışdıq ki, Nərimanovdan Yeni Yasamala 20-25 dəqiqəlik yoldur və 2 saatlıq xidmət haqqı 14 manat edir. Sürücü razılaşmadı ki, 2 saat 1 dəqiqə də olsa, 3 saatın pulu ödənilməlidir. Dedim ki, mənə qəbz ver, burda 14 manat ödəyək, ayrılaq. Məlum oldu ki, qəbz-filan yoxdur. Şirkətə zəng vurduq, məsələni ayırd edənə qədər baxdıq ki, sürücü yoxdur. Avtomobilin açarını da götürüb və qeyb olub.

Şirkətin vergidən yayınması, qanunsuz ödəniş qəbul etməsi bir yana, sürücünün bu hərəkəti əndazənin aşılması idi. Polisə müraciət edəcəyimizi deyəndən sonra şirkətin meneceri sürücüyə zəng vurdu və o, açarı gətirdi. Yenə dedik ki, qəbz verin, pulunuzu alın və sürücünüz getsin. Qəbz olmadığını təkrarladılar və bildirdik ki, nə vaxt qəbz gətirərsiniz, pulu alarsınız. Beləcə, nə qəbz verildi, nə də ödəniş olundu”.

Be the first to comment on "Bakıda ayıq sürücü avtomobilin açarını götürüb qaçdı"

Leave a comment

Your email address will not be published.


*