Bakıxanov qəsəbəsində yerləşən 2 saylı Doğum Evində yaranan vəziyyət olduqca acınacaqlıdır

Bu barədə dosye.org-a məlumat verən mənbə vurğulayır ki, baş həkim Mehriban Abasquliyeva xəstəxanaya şəxsi biznesi kimi nəzarət edir. Belə ki, ana olmaq istəyən qadınlar birbaşa ya özləri, yada yaxınları Mehriban xanımın qəbulunda olmalıdır. Danışıqlar müsbət nəticələnəcəyi təqdirdə xəstəyə təcili yardım göstərilir.
Bu günlərdə 2 saylı Doğum Evində övlad dünyaya gətirən qadın bir daha ana olmaq istəmədiyini bildirir. Onun dediyinə görə, Mehriban xanımın tələbləri olduqca yüksək səviyyədədir. Elə bu səbəbdən orda yatan xəstələr mütləq imkanlı olmalıdır. Əks təqdirdə müraciət edən xəstələr acı hallarla qarşılaşır. Digər bir məlumatda isə bildirilir ki, baş həkimin müavini Xanımqız Paşayevanın rolu pul yığmaqdan ibarətdir.
Maraqlısı budur ki, 2 saylı Doğum Evində açılan “bazar” Səhiyyə Nazirliyi tərəfindən təbii qarşılanır. Sanki doğum evləri gəlirli obyekt kimi istifadəyə verilib. Bir daha nəzərinizə çatdıraq ki, 2 saylı Doğum evi Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1987-ci ildə tikilib və istifadəyə verilmişdir. Doğum evi fəaliyyətə başladığı gündən qadınlara doğuşayardım xidməti göstərməlidir. Lakin təəsüflər olsun ki, 120 çarpayıdan ibarət olan xəstəxanada böyük narazılıqlar yaranıb.
Məlumat redaksiyaya daxil olarkən dərhal baş həkim Mehriban Abasquliyeva ilə telefon əlaqəsi yaratdıq. Telefon zəngimizə cavab verən şəxs özünü baş həkimin köməkçisi kimi təqdim etdi və məsələnin mahiyyəti barəsində Mehriban xanıma məlumat verəcəyini söylədi.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Be the first to comment on "Bakıxanov qəsəbəsində yerləşən 2 saylı Doğum Evində yaranan vəziyyət olduqca acınacaqlıdır"

Leave a comment

Your email address will not be published.


*