“Broker” MMC rəhbəri Əbülfəz Məlikov indi də təkər biznesini körükləməyə başlayıb

Gömrüyün baş inhisarçısı iş adamlarını seçki ilində etiraza qaldırır.

Yanvarın 12-də ikinci əl təkər idxalı ilə məşğul olan bir qrup iş adamının Dövlət Gömrük Komitəsinin qarşısında aksiya keçirməsi ciddi gərginliyə səbəb olub.

Prezident seçkilərinin keçiriləcəyi ölkədə isə ən adi sosial tələblərlə belə keçirilən aksiyalar ciddi və arzuolunmaz nəticələrə gətirib çıxara bilər.

Onlar işlənmiş təkərlərin ölkəyə gətirilməsinə yeni gömrük rüsumlarından narazılıq edib.

Aksiya iştirakçıları vurğulayıblar ki, köhnə təkərlərin gömrük rüsumu 3 dəfə artırılıb. Onların sözlərinə görə, bir konteyner təkərin rüsumu 15 min manatdan 45 min manata qaldırılıb.

Qərar Nazirlər Kabineti tərəfindən verilib. Lakin bu fürsət Ə.Məlikovu təkər biznesində daha çox qazanmasına şərait yaradıb.

Gömrük monopolisti təkər bazarında qiymətlərin qaldırılması barədə göstəriş verib və gömrükdə iş adamlarına “repressiya” olunur.

Sahikarlar işlənmiş şinləri əsasən Almaniyadan ixrac edir. Ölkədə Almaniyadan gətirilmiş işlənmiş şinlər bazarda geniş alıcıya malikdir.

Belə ki, avtomobil sahibləri bu şinlərin Almaniya standartlarına uyğun hazırlandığına əmin olduğu üçün digər ölkələrdən gətirilən təzə şinlərin keyfiyyət standartlarına uyğun hazırlandığına şübhə ilə yanaşırlar.

Həm də Almaniyadan gətirilmiş işlənmiş şinlər təzə şinlərdən azı iki dəfə ucuz satılır. Dövlət Gömrük Komitəsi sahibkarla bildirib ki, Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixliqərarına əsasən 2018-ci ilin yanvar ayının 1-dən etibarən ölkəyə gətirilən bərpa edilmiş şinlərə (işlənmiş təkər) yeni gömrük rüsumları tətbiq edilib.

Gömrük rüsumlarının dəyişdirilməsi barədə qərarın verilmə tarixi ilə qüvvəyə minəcəyi tarix arasındakı müddət kifayət qədər olub və üstəlik bu barədə ictimaiyyətə ətraflı məlumat verilib.

Bu əsnada verilən informasiyalarda bildirilir ki, Əbülfəz Məlikovun böyük biznesə müəmmalı bioqrafiyası olan iranlı şəriki Əhəd ağa vasitəsi ilə başlayıb.

Əhəd ağa vaxtilə Bakı Dəmir Yolu Vağzalında xırda ticarətlə məşğul olan Ə.Məlikovun qüdrətli monopolistə çevrilməsində əsas rol oynayıb.

Əhəd ağa isə bir neçə il öncə ləğv edilən “RoyalBank” Müşahidə Şurasının sədri Əli Cemin yaxın qohumudur. Azərbaycan KİV-də yayılan məlumatlarda hər iki şəxsin adı İran kəşfiyyatı ilə bağlı hallandırılır.

Əhəd ağa ilə “Shams al Sahra FZJO” şirkətinin 50 faizinin payının məxsus olduğu Mənüçöhr Əhədpur Xənqanın əslində eyni adam olduğu bildirilir.

Ə.Məlikov bu şəxsin himayəsi ilə qısa müddət ərzində xırdavat satandan milyarderə çevrilir. Onun “Royalbank” vasitəsi ilə İrandan çirkli pulların yuyulmasında fəal iştirakı barədə də məlumatlar var.

Güman ki, ilkin kapitalı da məhz çirkli pulların yuyulmasından qazanıb. Əbülfəz Məlikov ölkəyə gətirilən meyvə monopoliyasını da nəzarətə götürüb.

Bu məqsədlə “Meyvəli” topdansatış bazarında yeni sistem yaratmış Ə.Məlikovun qısa zamanda bir sıra ciddi “nailiyyətlər” də əldə etdiyi deyilir.

Belə ki, ölkəyə mer-meyvə daşımasını həyata keçirən bəzi şirkətlərin fəaliyyətlərinə süni əngəllər yaradılmaqdadır.

Mətbuat onu da yazıb ki, Ə.Məlikov Respublika prezidenti İlham Əliyevin və ölkənin siyasi elitasının ünvanına tənqidlər yağdıran “Azərbaycan saatı” verilişinə ABŞ və Avropada yaşayan xalaoğlusu Anar Allahverdiyev vasitəsi ilə maddi yardımlar edib.

Qeyd edək ki, bu xəbər də “Trans broker” MMC və ya Əbülfəz Məlikov tərəfindən təkzib olunmadı.

Mediada yayılan xəbərlərə görə, Ə. Məlikovun əsas hədəflərindən biri də ölkənin qida sektorunun əsas payçılarından olan “Azərsun” holdinqi sıradan çıxarmaqdır.

Lakin Əbülfəz Məlikovun ölkədən kənarda da ciddi dayaqları olan Abdolbari Goozal kimi nəhəng iş adamının rəhbərlik etdiyi holdinqi sıradan çıxaracağı inandırıcı görünmür.

Məqsədinin əlçatmaz olduğunun fərqində olan Ə.Məlikov mümkün olan hər bir vasitə ilə “Azərsun” holdinqin nüfuzunun zədələnməsinə çalışır.(fia.az)

Be the first to comment on "“Broker” MMC rəhbəri Əbülfəz Məlikov indi də təkər biznesini körükləməyə başlayıb"

Leave a comment

Your email address will not be published.


*