Departament rəhbəri Azərbaycandan çıxardığı milyonlarla Çexiyada hotel biznesi qurub

Xeberdaram.az EUROPANEWS-a istinadən xəbər verir ki, Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəhbəri Rəfail Mehrəliyevlə bağlı şok məlumat əldə etmişik

Məlumatda qeyd olunur ki,Vidadi Zeynalov qohumu , Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəhbəri Rəfail Mehrəliyev, ölkədən qaçırdığı qardaşı Mübariz Mehrəliyev ilə birlikdə Çexiyanın Praqa və Brno şəhərlərində otelçilik biznesi ilə məşğuldur.

Departament rəhbəri və qardaşının Çexiyadakı biznesi təkcə otelçiliklə bitmir. Belə ki,qardaşlar Çexiyada bir neçə böyük pub bar və restoran da alıblar. Qeyd edək ki, Rəfail Mehrəliyevin Çexiyadakı biznesini qardaşı Mübariz Mehrəliyev idarə edir.

Rəfail Mehrəliyev demək olar ki, hər il məzuniyyətini Çexiyada keçirir və buradakı biznesi ilə yaxından maraqlanaraq çatışmayan işləri yoluna qoymağa çalışır. Hər iki qardaş Çexiyadakı otelçilik və pub biznesinə ümumilikdə bir neçə 100 milyon dollar yatırım yatırdığı deyilir.

Bundan başqa Rəfail Mehrəliyevin Çexiyada məşhur istirahət mərkəzi Karlovy Varyada dəyəri bir necə 10 milyon avroya ,torpaq sahəsi alaraq burada yan-yana dəbdəbəli iki villa tikdiriblər. Aparat rəhbərinin paytaxta 20-a yaxın luks mənzillərinin, həmçinin çoxlu sayta torpaq sahəsinin olduğu deyilir.

Daxil olan məlumata görə,Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən milyonlar mənisəyərək həbs edilən Vidadi Zeynalovunda Çexiyanın Praqa və Brno şəhərlərində xeyli sayda obyekti və torpaq sahəsi olduğunu və bu obyektlərə Rafail Mehrəliyevin gizlin şəkildə nəzarət edtiyi deyilir.

Növbətiyazımızda Rafail Mehrəliyevin Çexiyadakı obyektlərinin və evinin fotosunu təqdim edəcəyik

Qarşı tərəfi dinləməyə hazırıq

Be the first to comment on "Departament rəhbəri Azərbaycandan çıxardığı milyonlarla Çexiyada hotel biznesi qurub"

Leave a comment

Your email address will not be published.


*