ETİBARIN ETİBARSIZ NEMƏTİ

Bir neçə gün bundan əvvəl Mingəçevir SES da baş ver vermiş yanğın hadisəsi demək olar ki, bütün cəmiyyətə maddi və mənəvi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə bağlı dərhal komissiya yaradılmış və məsələni ölkə başçısı öz nəzarətinə götürmüşdür. Prezident İlham Əliyevin keçirtdiyi müşavirədə Azərenerji ASC nin rəhbəri Etibar Sinabəddin oğlu Pirverdiyev ölkə başçısı tərəfindən sərt şəkildə dannanması və Etibarın Pirverdiyevin Azərbaycan xalqından üzr istəməsi bir balaca cəmiyyətin sərt təpkisini yüngülləşdirdi. Və bunu fürsət bilən Etibar Pirverdiyev özünü doğrultmaq, ölkə başçısının yenidən etimadını qazanmaq əvəzinə yenədə səhlənkarlığı ilə diqqət mərkəzinə düşməyi bacarmışdır.Birni qoyaq keçək o birisinə… Beləki, Abşeron rayon Xırdalan şəhəri demək olar ki , iki gündür işiq üzünə həsrəhdir. hətta bu gün 12. 07. 2018 ci il tarixdə işıqlar yenidən təxminən dörd saatadan artıq söndürülmüşdür. Cənab İLham Əliyevin bu iradlarını saymazyana qulaq ardına vuran Etibar Pirverdiyev və Nemət Qasımov bu isti hava şəraitində, təxminən 40 dərəcənin üstündə olan temperaturda əhaliyə zülm verməyi onları incitməyi özlərinə vəzifə borcu elan ediblər. Xırdalan şəhərində işıqların tez tez söndürülməsi bir yana qalsın verilən işığın gücü 120 – 130 voltdan yuxarı qalxmır və buda onu göstərir ki, Kondisionerlər , soyuducular işləmir sadəcə evlərdə közərmiş lampalar yanır. İşıqların bu vəziyyətdə olması bir çox insana maddi zərər vurmuş onların soyuducuları kondisionerləri sıradan çıxmışdır. Hal hazırda Xırdalan şəhərində hansı vətəndaşı dindirsən ağzından üç kəlmə çıxacaq ” NEMƏTİN VAR YA ” ( pis başa düşməyin yəqin NEMƏTİN VAR YA ALLAH BƏLASINI VERSİN ) demək istəyiblər sadəcə istidən bir təhət olduqları üçün cəmi üç kəlməni deyə bilirlər. Yəqin ki, bu yazımızdan sonra Nemət Qasımov bi Etibar rəhbərinin səhvlərini təkrarlamaz və Xırdalan camaatını birdə bu müəmmalı qalan üç kəlməni ifadə etməyə məcbur buraxmaz! Gələn yazımızda Xırdalanda olan yarımstansiyaların bərbad vəziyyəti haqqda geniş yazımızı oxuculara təqdim edəcəyik. MİRİ ƏZİZ XEBER – XETTİ. COM

Be the first to comment on "ETİBARIN ETİBARSIZ NEMƏTİ"

Leave a comment

Your email address will not be published.


*