Müavininin imza atdığı sənəddə 19 SƏHV – ŞİKAYƏT

“Evimin giriş qapısı üzərinə real yağış təhlükəsinin qarşısını almaq məqsədilə quraşdırdığım yağmurluq örtüyü Səbail Rayon İcra Hakimiyyəti başçısının qanunsuz göstərişi ilə 9 saylı “JEK” rəisinin rəhbərliyi ilə sökdürülüb”.

BiG.AZ xəbər verir ki, bu barədə məlumatı sözügedən məzilin sahibi, Azərbaycan İdman Jurnalistləri Assosasiyasının prezidenti Eldar Xankişi oğlu İsmayılov məlumat verib. O qeyd edib ki, bu örtüyün quraşdırılmasına qanunlar icazə versə də şəxslər icazə vermir:

Eldar Əzizovdan özbaşınalıq? Müavininin imza atdığı sənəddə 19 SƏHV – ŞİKAYƏT

“Səbail RİH başçısı Eldar Əzizova bu işi gördürməzdən ay yarım əvvəl, 10 yanvar 2018-ci il tarixli rəsmı müraciətim olmuşdu. Cavab almadığım üçün başçıya sorğu göndərdim, yenə qanunvericiliklə nəzərdə tutulan ən geci 7 iş günü arxada qaldı, sorğuma da cavab verilmədi. Məcbur qalıb 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində Səbahil RİH qarşısında iddia qaldırdım. İlk məhkəmə iclası mayın 24-də, saat 10:15-də 3 nömrəli zalda olacaq. Hakim Şərafət xanım Məmmədovadır. Maraqlananlar iştirak edə bilərlər.

Bundan sonra 10 yanvardakı müraciətimə RİH başçısının müavini, 1-ci dərəcə dövlət qulluqçusu statusu daşıyan Abit Əliyev cavab yazıb. 1 mayda poçtdan imza edib almışam. Yəni, müraciətim 4 aydan sonra cavablandırılıb. Buna deyirlər “Üzürü günahından betər”.
Cavabın heç bir qanuna söykənməməsi, yəni, hüquq norması ilə əsaslandırılmasması bir yana, cəmi 2 cümləlik cavab məktubunda mən 19 durğu işarəsi, üslub, məna və orfoqrafiya səhvi tapdım. “Rəfibəyli” sözünü “Rəbibəyli”, “yağmurluq” sözünü tamam səhv yazıblar, bir çox başqa kəlmələri də təhrif ediblər və s. Dostluğumdakı dil-ədəbiyyat mütəxəssislərindən – filoloqlardan və jurnalistlərdən xahiş edirəm mətni oxuyub düzəlişlərə fikirlərini bildirsinlər.

Be the first to comment on "Müavininin imza atdığı sənəddə 19 SƏHV – ŞİKAYƏT"

Leave a comment

Your email address will not be published.


*