Sığorta Mamed”dən dövlətə qarşı sabotaj: talanan milyardların – Dosyesi…

“Şapka Mamed”, “Sığorta Mamed” ayamaları ilə tanınan Məmməd Musayevin rəhbəri olduğu Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti maxinasiyalarla ad çıxarıb.
Şirkətin vəzifəsi əmlakını sığortalayanların pulunu alıb, zərər çəkəndə isə kompensasiya etməməkdir.
Bu minvalla “Azərsığorta” il ərzində həm Bakıda, həm regionlardakı filiallarında vətəndaşların pulunu mənimsəyir.
Anaxeber.Az-ın araşdırması zamanı məlum olub ki, M.Musayevin pulsilən dəzgahı olan sözügedən şirkət müxtəlif bölgələrdə insanları aldatmaqla məşğuldur.
1 “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin Tovuz filialı rəhbəri Raya Bayramova ödənişin böyük hissəsini verməyə razılaşan müştərilər pul ala bilirlər.
Həyata keçirdiyi maxinasiyalar və mənimsəmələr nəticəsində bu gün Raya Bayramova Tovuzun ən zəngin şəxslərindən birinə çevrilmişdir.
Hazırda “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin filial rəhbəri Tovuzun mərkəzində, Rayon İcra Hakimiyyəti binası ilə eyni küçədə yerləşən səkkiz 2-3 mərtəbəli şəxsi evin, yenə də həmin küçədə inşa olunmuş yeni tikili binada yerləşən iki 4 otaqlı mənzilin və paytaxtın Novxanı qəsəbəsi ərazisində yerləşən torpaq sahələrinin sahibidir.
2 Şirkətin Lənkəran filialı yerli sakin Amid Nazim oğlu Həsənovun avtomobilinə dəymiş ziyanın heç 1/5-ni ödəmir. Maşına 5 min manata yaxın ziyan dəyib, ancaq şirkət 975 manat pul ayırıb.
A.Həsənovun sözlərinə görə, qarşı tərəfin avtomobilini icbari qaydada sığortalamış “Azərsığorta”nın nümayəndəsi hadisə yerinə gəlməyib və onun çəkdiyi fotolar əsasında dəymiş ziyanın məbləğini müəyyən edib.
3 Şəhid anası Navat Rzayevanın oğlu 1992-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub. Amma indiyə qədər 11 min manat məbləğində olan sığorta pulunu ala bilmir.
Dəfələrlə Dövlət Sığorta Kommersiya Şirkətinə (“Azərsığorta”) müraciət etsə də nəticəsi olmayıb.
4 Şirkət rəhbəri M.Musayev Çexiyanın Karlovı Varı şəhərində özünə dəyəri bir neçə milyon dollarla ölçülən villa inşa etdirib. İldə 3-4 dəfə villasına baş çəkən baş sığortaçı orada istirahət edərək, geri dönür.
5 Hər il aztəminatlı ailələrin evlərinin sığortası adı altında Maliyyə Nazirliyindən on milyonlarla manat vəsait alınır.
Amma heç bir ailəyə sığorta şəhadətnaməsi verilmir. Ayrılmış pullar isə ayrı yolla şirkət rəhbərinin cibinə axır. Həmin ailələrin bundan xəbəri yoxdur.
Ona görə də, evləri yanıb kül olsa belə, yenə də onlara hər hansı bir sığorta pulu ödənilmir. Halbuki M.Musayev həmin pulları öz adına yazdıraraq, götürməklə məşğuldur.
Anaxeber.Az-ın media üzərindən araşdırması zamanı o da məlum olub ki, “AqrarKredit” SSRİ-dən qalma üsullarla idarə olunan geridə qalmış bir qurumdur.
Bank sektoru üzrə ixtisaslaşmış iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov müflis olmuş bankların problemli kreditlərinin “AqrarKredit”ə verilməsinin zərərli olduğunu bəyan etmişdi.
“AqrarKredit” rəhbərliyi qeyri-peşəkar, yalnız öz mənfəətlərini güdən şəxslərdir. Rəhbəri Məmməd Musayev “Şapka Mamed” kimi tanınır.
Beləsi problemli kreditləri necə qaytaracaq? Reallıqda bu gün Məmməd Musayevə fövqəladə səlahiyyətlər verilib.
Məhkəmələr onun bir sözünü iki etmir, tapşırıq var ki, hamı ona kömək etsin və o, kreditləri qaytarsın.
Qaytarırmı? Məlumat yoxdur! “Şapka Mamed” ictimaiyyət qarşısına indiyədək çıxıb məlumat vermir ki, nə işlə məşğuldur və nə edə bilib.
Reallıqda isə Beynəlxalq Bankın kreditlərinin qaytarılması adı ilə həmin banka borcu olanların əmlakını əlinə keçirir. Ortada olan yalnız budur.
Bundan başqa həmin 10 milyard vəsaitdən başqa Neft Fondu da ABB-yə 1 milyard dollar depozit qoyub.
Bir müddət əvvəl Ağdamdan məcburi köçkün, şəhid atası Əli Hüseynovun şikayəti Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılırdı.
Ə.Hüseynov deyib ki, “Sahibkarlığa Kömək Milli Fondunun sədri Şirzad Abdullayev və “Aqrarkredit”in rəhbəri Məmməd Musayev barədə baş prokuror Zakir Qaralova müraciət edib. Onun sözlərinə görə, müraciətinin araşdırılması barədə rəsmi məktub alıb.
“Şapka Mamed” ayaması ilə tanınan Məmməd Musayevdən hüquq mühafizə orqanlarına tez-tez bu səpkili şikayətlər daxil olur. M.Musayevin adı vaxtaşırı ciddi qalmaqallarda hallanır.
O, bir neçə vəzifə tutur: Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti olmaqla yanaşı, “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri, “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvüdür.
Həmçinin “Turanbank”ın sahibidir. Bu banka hazırda onun oğlu rəhbərlik edir. “Şapka Mamed” bank sektorunda kifayət qədər tanınan simalardandır.
Anaxeber.Az-ın media üzərindən araşdırması zamanı o da məlum olub ki, Azərsığorta” Dövlət şirkətinin rəhbəri Məmməd Məmmədov qardaş ölkədə daşınmaz əmlakın sayını artırır.
Onun müavini Aftandil Hacıyev və mühasibi Əfruz Şərifova da qonşu ölkədə bahalı villalar, imarətlərə sahiblənib.
Dövlət Sığorta Şirkətində maliyyə əməliyyatlarına rəhbərlik edən trio Türkiyədə aldığı villaları yaxınlarının adına rəsmiləşdirib.
Bu da məmurların ənənəvi taktikasıdır. Onu da deyək ki, son illər “Azərsığorta” Dövlət şirkətindən saysız-hesabsız şikayətlər, məhkəmələrdə idida ərizələri var.
“Şapka” Mamed ABB borclularından aldığı müəssisə, zavod, fabrik, obyektlərə özünün qohum-qardaşını, dost-tanışını rəhbər təyin edir. Həmin obyektlər ABB-nin borcları əvəzinə alınan iri müəssisələr, zavodlar, fabriklər idi.
“Şapka” Mamed həmin obyektlərə özünün biznes obyektləri kimi baxırdı. Ona görə də prezident obyektləri onun əlindən alıb, ASK-ya verdi.
Hazırda ASK-da bu baxımdan düzgün idarəetmə sistemi var. Ümumilikdə isə hələlik ASK-nın fəlaiyyətindən danışmaq tezdir. Faktiki isə ABB-nin toksik kreditləri “Aqrarkredit”in üzərindədir.

Be the first to comment on "Sığorta Mamed”dən dövlətə qarşı sabotaj: talanan milyardların – Dosyesi…"

Leave a comment

Your email address will not be published.


*