Vitse-prezidentin açılışında iştirak etdiyi 182 saylı məktəbdə nə baş verir – İDDİA, RÜŞVƏT

Bakunews.az-a məlumat verən mənbə qeyd edir ki, Binəqədi rayon 182 saylı tam orta məktəbdə baş verən qanunsuzluqlarda iştirak edən müəllim kollektivi və rəhbərliyi təhsil idarələrinin nəzarətindən tam kənarda qalıb. Belə ki, ölkədə cərəyan edən əsas problemlərdən birinə çevrilən Səhiyyə və Təhsil problemi medianın və Azərbaycanın daxili problemlərini qabarıq şəkildə özündə əks etdirir. 182 saylı tam orta məktəbin açılışı zamanı Birinci Vitse-prezidentində gəlməsi məktəbin yerləşdiyi mühitindən xəbər verməsinə və dövlətin siyasi mədəni mövqeyinə uyğun olmasından xəbər verməsi göründüyü qədər məktəb direktoru Zinyət Tağıyevanın vecinə də deyil. Redaksiyamıza verilən məlumatda iddia edilir ki, 2017-ci ilin oktyabr və noyabr aylarında məktəbdən sonra gec saatlarda şagirdlərin evlərinə qayıtması və bunun hansı səbəbdən baş verməsi məktəbdə hay-küyə səbəb olub. Dərsdən sonra şagirdlərin evə buraxılması əvəzinə cədvəldə xadimə adının olmasına baxmayaraq sinif otaqlarının təmizlənməsi işlərini şagirdlərin öhdəsinə buraxıblar. Yuxarı və ya aşağı sinif fərq etmədən təmizlik işinə məcburi edilən şagirdlərin valideynləri etirazların bildirdikdən sonra məsələnin hal-hazırda davam etmədiyi bildirilir.
Vitse-prezidentin açılışında iştirak etdiyi 182 saylı məktəbdə nə baş verir – İDDİA, RÜŞVƏT
Hal-hazırda 182 saylı tam orta məktəbin rəhbərliyinində xəbəri olduğu iddia edilən faktlar isə KSQ və BSQ keçirilməsi üçün hər bir şagird 1(bir) manatdan pul ödəməli olduğu, bundan əlavə olaraq testlərin keçirilməsi üçün isə 2(iki) manat məbləğində qanunsuz pul yığılması ilə bağlı məlumat verilib. Sinif rəhbərlərinin isə valideynlərə bildirdiyinə görə, yeni il ərəfəsində “şirinlik” rüşvət verilmədiyi üçün 8 mart Beynəlxalq qadınlar günündə iki qat pul yığılacağıda bər başdan vurğulanıb.
Xatırladaq ki, 182 №li tam orta məktəb 1962-ci ildən etibarən fəaliyyət göstərir. 2014-2015-ci tədris ilində məktəb əsaslı təmir olunaraq şagirdlərin istifadəsinə verilmişdir. Yeni təmirdən çıxmış məktəbin açılışında dövlət başçısı İlham Əliyev iştirak etmişdir. Məktəbdə tədris kabinetləri, laboratoriyalar daxil edilməklə 116 sinif otağı mövcuddur. Fizika, kimya, biologiya laboratoriyaları fəaliyyət göstərməkdədir. Kompüter otaqlarınınn sayı 5-dir. Məktəbin 274 işçisi var. Bunlardan 217-si müəllimdir (məktəb rəhbərlərindən başqa). Məktəbdə ümumilikdə 4030 şagird təhsil alır.

Qeyd edək ki, rəsmi cədvəlində 217 müəllim göstərildiyi halda hal-hazırda məktəbdə 227 müəllim fəaliyyət göstərməkdədir. Hətta direktorun barəsində verilmiş məlumatın biri birini doğrulamamasıda təhsil ocağında aparılan işlərin şəffavlığını şübhə altına lmaqdadır. 227 müəllim heyətində eyni şəkil eyni adlarında olması gözümüzdən yayınmayıb. Həmin faktları (PDF) formatında sizlərə təqdim edirik ki sizdə biz gördüklərimizi görəsiniz.

P.S. Ölü canların olması qaçınılmaz olan bu məktəb rəhbəri kimə və nəyə güvəndiyi isə hələlik müəmma olaraq qalmaqdadır.

Mövzuya qayıdacağıq.

Redaksiyadan: Yazıda adları qeyd edilən şəxslərin və qurumun mövqeyin dinləməyə hazırıq.

BakuNews.az

182-li-tam-orta-01.pdf [190,08 Kb] (endirmək: 3) 182-li-tam-orta-02.pdf [191,05 Kb] (endirmək: 1) 182-li-tam-orta-2.pdf [165,2 Kb] (endirmək: 0) 182-li-tam-orta-03.pdf [191,52 Kb] (endirmək: 0) 182-li-tam-orta-04.pdf [189,63 Kb] (endirmək: 0) 182-li-tam-orta-05.pdf [192,31 Kb] (endirmək: 0) 182-li-tam-orta-06.pdf [188,04 Kb] (endirmək: 0) 182-li-tam-orta-07.pdf [189,24 Kb] (endirmək: 0) 182-li-tam-orta-08.pdf [210,66 Kb] (endirmək: 0) 182-li-tam-orta-09.pdf [188,42 Kb] (endirmək: 0) 182-li-tam-orta-010.pdf [203,34 Kb] (endirmək: 0) 182-li-tam-orta-011.pdf [192,8 Kb] (endirmək: 0) 182-li-tam-orta-012.pdf [190,05 Kb] (endirmək: 0) 182-li-tam-orta-013.pdf [190,82 Kb] (endirmək: 0) 182-li-tam-orta-014.pdf [192,71 Kb] (endirmək: 0) 182-li-tam-orta-015.pdf [193,4 Kb] (endirmək: 0) 182-li-tam-orta-016.pdf [211,7 Kb] (endirmək: 0) 182-li-tam-orta-017.pdf [207,09 Kb] (endirmək: 1) 182-li-tam-orta-018.pdf [205,97 Kb] (endirmək: 0) 182-li-tam-orta-019.pdf [211,95 Kb] (endirmək: 0) 182-li-tam-orta-020.pdf [209,66 Kb] (endirmək: 0) 182-li-tam-orta-022.pdf [213,84 Kb] (endirmək: 0) 182-li-tam-orta-023.pdf [208,49 Kb] (endirmək: 0) 182-li-tam-orta-024.pdf [181,47 Kb] (endirmək: 1) 182-li-tam-orta-025.pdf [189,91 Kb] (endirmək: 0) 182-li-tam-orta.pdf [313,1 Kb] (endirmək: 0)

Be the first to comment on "Vitse-prezidentin açılışında iştirak etdiyi 182 saylı məktəbdə nə baş verir – İDDİA, RÜŞVƏT"

Leave a comment

Your email address will not be published.


*