NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

 Elektrik enerjisinin təminatında yaranmış fasilələrlə əlaqədar olaraq, “Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçib. Mobil operator abunəçilərin kəsintisiz və yüksəkkeyfiyyətli rabitə xidmətləri ilə təmin edilməsi üçün zəruri tədbirlər görür. Qeyd edək ki, gecə saatlarında elektrik enerjisinin kəsintisinə baxmayaraq, Nar şəbəkəsinin əksər hissəsi abunəçilərə xidmət göstərib. Hazırda paytaxtda xidmətlərin göstərilməsi baxımından vəziyyət qənaətbəxşdir, müəyyən bölgələrdə yaranmış çətinliklərin aradan qaldırılması işləri davam edir.

Be the first to comment on "NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ"

Leave a comment

Your email address will not be published.


*