“Nar” və “Avtostop”un birgə müsabiqəsinin qalibləri müəyyənləşdi

“Nar” və DJ Turalın müəllifi olduğu “Avtostop” radio verilişinin birgə keçirdiyi yol hərəkəti qaydaları haqqında müsabiqə başa çatdı. Aprel ayından etibarən keçirilən müsabiqənin 8 qalibi “Nar”-dan 3 ay aylıq “Full 14” paketi və “Nar” nömrəsi qazandılar.

Qeyd edək ki, “Avtostop” verilişi ərzində dinləyicilərə həm də “Full” paketi haqqında məlumat ətraflı verilir. “Full 14” paketində abunəçilərə təqdim olunan danışıq və internet bonusları, tam istifadə olunmadığı halda, növbəti aylara keçir.

“Nar”-a qoşulmaq və sərfəli “Full” paketlərindən istifadə etmək istəyənlər nar.az/full səhifəsindən özlərinə uyğun “Full” paketi seçə bilərlər.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayıb. Hazırda “Nar” şəbəkəsi ölkə ərazisinin 93%-ni əhatə edir. “P3 Communications” tərəfindən 2017-ci ildə keçirilmiş şəbəkə sınaqları nəticəsində Nar şəbəkəsi “ən yaxşı mobil zəng xidməti” göstərən şəbəkə olaraq tanınıb.

Be the first to comment on "“Nar” və “Avtostop”un birgə müsabiqəsinin qalibləri müəyyənləşdi"

Leave a comment

Your email address will not be published.


*