Azərbaycan nümayəndə heyəti İCAO-nun beynəlxalq konfransında iştirak etmişdir

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) Kolombo şəhərində (Şri-Lanka) hava əlaqəsinə dair çoxtərəfli danışıqların aparılması üzrə 10-cu Konfransı keçirilmişdir.

Konfransda ümumilikdə 66 dövlətdən və bir beynəlxalq təşkilatdan 426 nümayəndə iştirak etmişdir. Beş gün ərzində 456 danışıq və müşavirələr keçirilmiş, görüşlər zamanı 420 ikitərəfli sənəd imzalanmış və paraflanmışdır.

Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının Direktoru Arif Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti 15 ölkənin mülki aviasiya nümayəndə heyətləri ilə danışıqlar aparmışdır. Avstraliya, Keniya, Yeni Zelandiya, Tailand və Seyşel Adaları respublikasından olan nümayəndə heyətləri ilə mülki aviasiya ekspertləri səviyyəsində hava əlaqəsi haqqında Hökumətlərarası Sazişlərin mətnləri razılaşdırılmışdır.

Türkiyə, Belarus və Qazaxıstanı təmsil edən nümayəndə heyətləri ilə hava yollarının istismarı üzrə danışıqlar aparılmışdır.

Danışıqlarda Azərbaycan tərəfdən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin əməkdaşı da iştirak etmişdir.

Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidməti

Be the first to comment on "Azərbaycan nümayəndə heyəti İCAO-nun beynəlxalq konfransında iştirak etmişdir"

Leave a comment

Your email address will not be published.


*