Bakı metropoliteni sərnişindaşıma fəaliyyətini bərpa edib

Qatarların hərəkəti üçün tələb olunan elektrik enerjisinin “Bakı Metropoliteni” QSC-yə verilişinin dayanıqlığı təminedildiyindən, saat 13:10-dan metropolitenə sərnişinlərin stansiyalara daxil olmasına və bütün istiqamətlərdə qatarlarınhərəkətinə icazə verilib.

Qeyd edək ki, bu gün səhər saatlarında yerüstü nəqliyyatın üzərinə düşəcək sərnişindaşıma yükünün artan həcmi dənəzərə alınmaqla, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Bakı Metropoliteni” QSC və Bakı NəqliyyatAgentliyi birgə məlumat yaymışdı. Məlumatda qeyd olunurdu ki, paytaxtda bütün metro stansiyalarının çıxışlarına, Nəqliyyat Mübadilə Mərkəzləri və əhalinin cəmləşdiyi digər ərazilərə əlavə ictimai sərnişindaşıma nəqliyyat vasitələri cəlb ediləcək və sərnişinlərin daşınması ödənişsiz həyata keçiriləcək.

Artıq sərnişindaşıma fəaliyyətini bərpa edən Bakı metropoliteni qatarların hərəkətini, iyulun 1-dən tətbiq edilmiş yayhərəkət qrafikinə uyğun olaraq, təmin edib. Bakı metropolitenində səhər saatlarından başlanan test rejiminin, ələlxüsusqatarların hərəkətinin müvafiq sərnişindaşıma parametrləri səviyyəsinə çatdırılmasının, eləcə də metropolitenin digərinfrastrukturunun sərnişindaşımaya hazırlığının adi iş rejiminə uyğunlaşdırılması səbəbilə normal iş qrafikinin tətbiqidərhal təmin edilib.

Qeyd edək ki, elektrik enerjisinin birinci dəfə kəsilməsi iyulun 2-dən 3-nə keçən gecə stansiyalar bağlandıqdan və azsayda olan sərnişinlərin mənzil başına çatdırıldığı vaxt baş verdiyindən onların təxliyəsi böyük çətinlik törətməyib.Xətlərdə hərəkət edən qatarlarda qalmış sərnişinlər, Bakı metropoliteninin müvafiq təlimat tələblərinə uyğun olaraq, hərhansısa problem yaşanmadan təxliyə edilib.

Dünən səhər saatlarında metropolitenin iki xətti – Yaşıl və Qırmızı xətləri normal rejimdə fəaliyyətə başlayıb. YalnızBənövşəyi xətdə, yəni “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları arasında metropolitenə gələn elektrik xətlərindəgərginliyin olmaması səbəbindən qatarların hərəkətini səhər saat 06:00-dan təmin etmək mümkün olmayıb. Gərginlikverildikdən sonra saat 08:32-də hərəkət təmin edilib. Lakin axşam saatlarında elektrik təchizatının yenidən kəsilməsinəticəsində qatarlar hərəkətini davam etdirə bilməyib. Belə hallar üçün nəzərdə tutulmuş müvafiq tədbirlər planına görə,stansiyalar sərnişinlərin girişinə bağlanıb və təxliyə tədbirlərinə başlanılıb. Metropolitenin normativ aktlarına uyğun olaraq,sərnişinlərin təxliyəsi ən qısa müddətdə uğurla başa çatdırılıb, tunellər yoxlanılaraq, hərəkətin bərpasına tam hazırvəziyyətə gətirilib.

Be the first to comment on "Bakı metropoliteni sərnişindaşıma fəaliyyətini bərpa edib"

Leave a comment

Your email address will not be published.


*