Cərimə meydançasında yanan maşınlarla bağlı – RƏSMİ AÇIQLAMA

“Paytaxtın Nizami rayonunda yerləşən 11 saylı cərimə meydançasında yanan maşınların hamısı texniki cəhətdən tamamilə istifadəyə yararsız halda olub”

Bu sözləri Publika.az-a Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, avtomobillərin müvəqqəti mühafizə edilən dayanacaqlarda yanan nəqliyyat vasitələri uzun müddətdir ki, orada qalıb: “Sözügedən hadisə zamanı yanan avtomobillər istismara yararsız halda olub. Onların böyük əksəriyyəti ağır və orta dərəcəli yol qəzalarından sonra cərimə meydançasına atılan avtomobillər olub. Tərəfimizdən ən az 15 sürücüyə təkrar-təkrar avtomobillərinin cərimə meydançasından çıxdaş edilməsi ilə bağlı məlumat verilib. Əfsuslar olsun ki, vətəndaşlar avtomobilləri ilə bağlı heç bir addım atmayıblar. Hadisənin baş verməsinə səbəb isə cərimə meydançasının yaxınlığında zibil yandırılan yerdə başlayan yanğın olub. Zibillər yandırılıb və təəssüf ki, yanğın avtomobillərin müvəqqəti mühafizəsi üçün ayrılan sahəyə daxil olaraq maşınların yanmasına səbbə olub.”

V.Əsədov onu da əlavə edib ki, keçən il paytaxtda fəaliyyət göstərən avtomobillərin müvəqqəti mühafizə dayanacaqlarında 600-dən çox bu tipli istismara yararsız avtomobillər olub: “Yol polisinin və sürücülərin iştirakı ilə 600 avtomobil cərimə meydançalarında çıxdaş edilib. Bu gün də bu proses davam edir. Yanan avtomobillərlə bağlı isə hələ heç bir sürücüdən bizə şikayət xarakterli müraciət daxil olmayıb. Həmin avtomobillərin ərazinin arxa hissəsində, künc tərəfdən yığılıb saxlanılmışdı. Yenə xatırladıram ki, yanan avtomobillərin sürücüləri ilə bağlı hər hansı problem yaşanarsa, təbii ki, məsələyə qanunla nəzərdə tutulan tələblər üzrə baxılıb qiymət veriləcək. Müvəqqəti mühafizə edilən yanacağın da kiçik bir hissəsi yanıb və yararsız hala düşüb. Əməkdaşlarımız tərəfindən vaxtında görülən tədbirlər sayəsində yanğın ərazinin digər hissələrinə yayılmayıb”.

Be the first to comment on "Cərimə meydançasında yanan maşınlarla bağlı – RƏSMİ AÇIQLAMA"

Leave a comment

Your email address will not be published.


*