“Çağırır vətən” yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vətənpərvərlik təbliğatının yüksəldilməsi məqsədi ilə respublika orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirdiyi “Çağırır vətən” adlı yazı müsabiqəsinin qaliblərinin təltif edilməsi üçün Xidmətin Aparatında tədbir təşkil olunub. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev, müsabiqənin qalibləri və qonaqlar iştirak ediblər.
İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev açaraq müsabiqə haqqında məlumat verdi. Bildirildi ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində silsilə tədbirlər həyata keçirilir. “Çağırır vətən” yazı müsabiqəsi belə layihələrin davamıdır. General-mayor Z.Abdullayev 2017-ci ilin noyabr ayının 1-dən 25-dək davam edən müsabiqəyə təqdim edilmiş yazıların münsiflər heyəti tərəfindən qiymətləndirilərək, qaliblərin müəyyənləşdirildiyini qeyd etdi.
Tədbirin sonunda “Çağırır vətən” adlı yazı müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib.
Müsabiqənin nəticələrinə əsasən qaliblər aşağıdakı kimi müəyyənləşdirilib:
I yerin qalibi – İmranlı Fərid Ayaz oğlu Laçın rayon 21 saylı tam orta məktəbin VIII sinif şagirdi;
II yerin qalibi – Məcidli Şəbnəm Ceyhun qızı. Oğuz rayon Əmrah Nəbiyev adına Tərkəş kənd tam orta məktəbin IX sinif şagirdi;
III yerin qalibi – Cəfərov Rəşad Şakir oğlu. Ağdam rayon 32 saylı tam orta məktəbin XI sinif şagirdi.
Həvəsləndirici mükafat qazananlar:
Nəsirov Məhəmməd Qabil oğlu – R.Rza adına Göyçay şəhər 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi;
Zeynalov Yusif Ələddin oğlu – “Ankara məktəbi” məktəb-liseyin XI sinif şagirdi;
Omarova Lalə Umaxan qızı – Balakən rayon Mahamalar kənd tam orta məktəbin IX sinif şagirdi;
Xələfov İbiş Niyazi oğlu Füzuli rayonu Horadiz şəhər 3 saylı tam orta məktəbin XI sinif şagirdi;
Kərimli Nigar Sahib qızı – Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyin IX sinif şagirdi.

Be the first to comment on "“Çağırır vətən” yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb"

Leave a comment

Your email address will not be published.


*