Həqiqətlər, reallıqlar, müəmmalar… medianın Aynur Camalqızı sindiromu

Son vaxtlar istər Mətbuat Şurası, istərsə də hansısa məmurun kostyumunun arxa cibindən “büdcə formalaşdıran media kapitanları” boz mətbuatın, reket mətbuatın varlığı, onunla mübarizə metodları ilə bağlı çoxsaylı müzakirələr aparırlar. Məsələnin ən qəribə tərəfi cinsindən asılı olmayaraq məmur cibinə maraqlı olanların media uzmanı kimi çıxış etmələridir. BakuNews.az ölkə qanunlarının icazə verdiyi formada fəaliyyət göstərən müstəqil media qurluşudur. Və biz mediadan sui – istifadə qaydaları ilə yaşayan şəxsləri və ya qurumları müdafiə edəcək zehniyyətdən də uzağıq. O cümlədən biz məmur cibinə dolanışıq mənbəyi, məmura hərəkətli bankomat kimi baxanları da media mənsubu hesab etmirik. Nəzarətində 3,5, hətta 10 media qurluşları fəaliyyət göstərsə belə adamın mətbuatla uzaqdan yaxından əlaqəsi yoxdur. Mental dəyərlər baxımından şahsevən millətik. Yəni kimin pulu və ya görəvi varsa, savadı, əxlaqı olmasa belə dəyərləndirilir. Bu sadəcə geri zəkalılığın bariz nümunəsidir. Biz belə düşünmürük.

Bir müddət öncə azad media ilə sıradan bir qeyri – hökumət təşkilatı olan, əsasnaməsinə uyğun olaraq Şura adlanan İB arasındakı qalmaqaldan yararlanaraq, özünü medianın gündəminə pərçim edən “Gündəlik Teleqraf” MMC-nin rəhbəri Aynur Camalqızı mətbuata verdiyi müsahibəsində reket jurnalistika ilə mübarizədə qanunlarının sərtləşdirilməsinin vacibliyini bildirir. Lakin unudur ki, dövlətlərdə qanunların sərtləşdirilməsi cinayətləri azaltmır, əksinə çoxaldır. Çünki cinayətkar yeni – yeni metodlar düşünür. Lakin bunu kimə deyəsən..? Müsahibədə adam sadəcə cahil zehniyyətini, səthi düşüncəsini oxucuya çatdırmır, eyni zamanda “yalnız mən” əxlaqı ilə yaşadığını sübut edir. Əslində Aynur Camalqızıdan başqa nə isə gözləməyin özü də absurddur. Sıradan bir müxbirliyi zamanı belə dərin ağıla sahib olmayan bu xanım, illər öncədən başlamış məmur təminatından belə düzgün yararlanmağı bacarmayıb. Belə ki, ötən müddətdə hətta mütaliə ilə dünya mediası, media təsis etmək və s. mədəniyyəti ilə bağlı xeyli məlumatlarla sahiblənmək olardı. Lakin bunun üçün insanda oxucu istəyi lazımdır. Məmur puluna sevgi yox. Aynur Camaqızında isə ikinci hal artıq ən inkişaf etmiş mərhələdədir. Görəsən rəhbərlik etdiyi media qurluşlarını təsis edən zaman xanım Camalqızı hansı ilkin büdcəsindən istifadə edib? Və ya məmurdan hər ay “paket” almağın adı nədir xanım Camaqızı? İri media layihələrinin rəhbərimi? Belə ki, adam Kəmaləddin Heydərovun oğlu Tale Heydərovla ölkə xaricindəki otellərdən birindəki görüşündən sonra beş il parlamentdə, illər öncə rahat holdinq rəhbəri kreslosunda əyləşdirilsədə, cılız düşüncənin əsarətindən qurtara biləyib. Yazılı və ya elektron mətbuatın yaranmasını televiziya təsisatı ilə müqayisə edən Camalqızı müsahibəsində ilkin büdcənin əsas olduğunu qeyd edir. Əcaba “Heydər Əliyevin ölüm xəbərini kim mənə gətirsə yeganə qiymətli əşyamı – nişan üzüyümü ona hədiyyə edəcəm” deyən aylıq cüzi əmək haqqı ilə dolanan kasıb Camalqızı görəsən necə oldu ki, birdən – birə bir neçə saytın ilkin büdcəsini formalaşdıra bildi? Yoxsa sərvət tapdı? Bəlkə hansıa sehri bilir? Əsla. Hadisələr göstərir ki, bunların heç biri deyil. Aynur Camalqızının qidalandırıcı bateriyası fövqəlnazirin kölgəsidir. Və biz hesab edirik ki, fövqəlnazirlə yaranan əlaqəsindən sonra Aynur Camalqızının nişan üzüyünü hədiyyə verməsinə lüzum da qalmayıb. Azərbaycan xalqı üçün acı olan xəbəri, xanım Camalqızına yəqin ki, məhz fövqəlnazir verib. Lap “nişan hədiyyəsi” kimi. Bu xanımın sıravi müxbirlikdən millət vəkiliyinə, oradan isə holdinq rəhbərliyinə qədər yüksəldiyi xəttə nəzər salanda, fövqəlnazirin təmsil olunduğu komandaya etdiyi xəyanətin izi qabarıq şəkildə üzə çıxır. Ölkə prezidenti haqqında hədyanlar yazan müxbir nədən Kəmaləddin Heydərovun diqqətini cəlb etdi? Bəlkə fövqəlnazir “mən bununla hakimiyyət əleyhinə yazanların sayını azaltmaq istəyirəm” – deyə düşünür. İllərdir hər hansı bir müəsisədə çalışmayan, rəsmi aylıq qazancları olmayan radikal müxalifətin rəhbərlərinin sürdükləri xarici markalı avtomobillər, aylıq dolanışıqlar və ya bahalı geyimlərin “suyu” da bəlkə bu “kanaldan” gəlir? Çünki bir dəfə xəyanət edən üçün xəyanətin miqyası olmur. Ulu öndər və cənab prezident haqqında hədyanlar yazan Aynur Camalqızıdan öncə millət vəkili, daha sonra isə media holdinq rəhbəri düzəldən bir məmurun məqsəd və məramı olduqca diqqətçəikicidir. Prezidentə “pleyboy”, “qumarbaz” deyən zehniyyətin dəyişməsinə nə səbəb oldu cənablar? Xanım Camalqızını sizə kim tapşırdı? Təlimatı kimdən aldınız? Nədən hansısa məmuru deyil, məhz Ulu öndəri, cənab prezidenti ən kəskin formada təhqir edən bir zehniyyət sahibinə “stavka” qoydunuz? Bəyəm siyasət at yarışlarıdırmı cənab nazir? Pul ən bərk qaçan ata qoyulsun? Və ya ən kəskin təhqir edənə verilsin?

Mövzuya qayıdacağıq.

Redaksiyadan: Yazıda adı çəkilən şəxslərində mövqeyini dərc etməyə hazırıq.

BakuNews.az

Be the first to comment on "Həqiqətlər, reallıqlar, müəmmalar… medianın Aynur Camalqızı sindiromu"

Leave a comment

Your email address will not be published.


*