Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

06.03.2018

Məzahir Pənahovun sədrliyi ilə martın 6-da Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 2018-ci il martın 2-də keçirilmiş iclasının protokolu təsdiq edilib.
Sonra 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydası Komissiya üzvləri tərəfindən müzakirə edildikdən sonra təsdiq olunub və 5347803 (beş milyon üç yüz qırx yeddi min səkkiz yüz üç) seçki bülleteninin mətbəə üsulu ilə hazırlanması qərara alınıb.
İclasda Yeni Azərbaycan Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına məşvərətçi səs hüquqlu üzv təyin edilmiş Mirzəzadə Aydın Böyükkişi oğlunun üzvlüyü də təsdiq olunub.
Komissiyanın iclasında həmiçinin, bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsi

Be the first to comment on "Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib"

Leave a comment

Your email address will not be published.


*