Mehriban xanımın vitse-prezidentlik fəaliyyətinin uğurlarını ermənipərətlər niyə görməməzlikdən gəlirlər – ŞOK FAKTLAR

Uluöndər Heydər Əliyev siyasətini uğurla davam etdirən möhtərəm prezidentimiz İlham Əliyevin apardığı uzaqgörən siyasəti nəticəsində AR birinci vitse-prezidenti seçilən Mehriban xanım Əliyeva Azərbaycanın siyasi səhəsində vitse-prezident kimi öz sözünü demişdir. Mehriban xanım vitse-prezident seçilməsində İlham Əliyevin uzaqgörən siyasətini Azərbaycan xalqı referendumda dəstəkləmişdir. Azərbaycan siyasətinə yeni nəfəs verən vitse-prezidentlik institutu 1 il olmasına baxmayaraq artıq uğurları vardır. Ilk uğuru Mehriban xanımın rəhbərlik etdiyi vitse-prezident köməkçiləri gənc savadlı perspektiv kadrları Azərbaycan siyasətində aktiv iştiraka zəmin yaratdı. Mehriban xanım vitse-prezident olarkən öz köməkçilərini gənclərdən ibarət komanda ilə fəaliyyətə başladı. Mehriban xanımın bu addmı gənclər üçün bir stimul oldu. Mehriban xanımın digər uğurlu siyasəti vitse-prezident seçildiyi ilk günlərdə qaçqın və məcburi köçkün və aztəminatlı ailələrin sosial problemləri maraqlanması və onların həlli üçün bütün rayon icra hakiiyyətərinin çağırıb göstərişlərinin verilməsi qısa zamanda da onların öz həllini tapması hər bir ailənin ürəyincə oldu. Mehriban xanım vitse – prezident seçiləndən sonra Azərbaycanın həm daxilində həm də xaricində də uğurla işgüzar fəaliyyətini qurdu. Azərbaycanı xaricdə mədəniyyətin təbliğatında müstəsna işlər gördü. Erməni vandalizmindən əziyyət çəkən xalqımızın haqq səsini ən yüksək beynəlxalq tribunalarda səsləndirdi. Mehriban xanımın uğurlu siyasəti hər bir xanım kimi məni də sevindirir. Çox təəsüf ki, xaricdə erməni və digər Azərbaycanın düşməni olan beynəlxalq səviyyəli missionerlər qrupların təsiri dairəsinə düşmüş müəyyən imtiyazlar müqabilində Mehriban xanımın bir illik fəaliyyətinə kölgə salmaq istəyən Meydan.TV, Azadlıq radiosu digər özlərinə blogger deyən şəxslər ağlına gələni yazı və yaxud videogörüntülərlə nəsə göstərmək istəyirlər. Bu yüngül şoumenlər Azərbaycan xalqı dünyanın ən savadlı və intelektual xalq olduğuna görə onların çəkib və yazdıqlarına əhəmiyyət vermir və şiddətli şəkildə qınayırlar. Hətta onların ailə üzvləri qohumları onları qınayırlar. Mən bir qadın jurnalist olaraq onları özümə həmkar kimi yox sadəcə ad qoya bilmədiyim üçün ….. bu nöqtələrlə şərti ad fikirləşirəm. Qoy oxuyucularımız onlara ad qoysun. Mənim bu yazını yazaqda əsas məqsədim Mehriban xanımın ehtiyacı olmasa belə bir qadın dəstəyini nümayiş etdirmək istəyim olub.
Sonda bildirirəm ki, hörmətli Mehriban xanım Azərbaycan xalqı Sizin gördüyünüz işləri gözəl görür. Sizi və cənab Prezidentimiz İlham Əliyevi dəstəkləyir. Təxribatçı güvvələrinin yüngl şoularına mənim kimi hamı qınayırlar.

Nyusinfo.az saytının rəhbəri İradə Nazimqızı

Be the first to comment on "Mehriban xanımın vitse-prezidentlik fəaliyyətinin uğurlarını ermənipərətlər niyə görməməzlikdən gəlirlər – ŞOK FAKTLAR"

Leave a comment

Your email address will not be published.


*