MSK: “Azərbaycanda peşəkar seçki təcrübəsi yaranıb”

Mərkəzi Seçki Komissiyası (MSK) indiyə qədər Azərbaycanda keçirilən seçkilər zamanı geniş təcrübə əldə edib və artıq Azərbaycanda peşəkar seçki təcrübəsi yaranıb

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayl Rəhimov MSK-nın aşağı seçki komissiyaları üzvlərinin maarifləndiriliməsi proqramı çərçivəsində “Trenerlər üçün treninq”lərin açılış mərasimində deyib.

M.Rəhmov vurğulayıb ki, Azərbaycan Seçki Məcəlləsi dünyanın qabaqcıl seçki məcəllələrindən biridir və Avropa Şurasının ekspertizasından keçib:

“Azərbaycan dövləti seçkilərin demokratik və şəffaf keçirilməsi üçün lazım olan bütün şəraiti yaradıb. Əvvəllər seçkilər zamanı müəyyən problemlər yaranırdı, bəzi seçki dairələrində seçkilərin nəticələri ləğv edilirdi, ancaq son illərdə qazanılmış təcrübə və seçkilərin peşəkar qaydada keçirilməsi nəticəsində ciddi nöqsanlara yol verilmir”.

O əlavə edib ki, MSK seçkilərin keçrilməsində böyük rolu olan aşağı seçki komissiyaların üzvlərinin peşəkarlığının artırılmasına daim diqqət yetirir və bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirir:

“Bu günki treninqlərin də məqsədi sizlərin peşəkarlığını artırmaqdır. Biz hər birimiz ölkədə seçkilərin demokratik və şəffaf keçirilməsi üçün əlimizdən gələni etməliyik”.

Be the first to comment on "MSK: “Azərbaycanda peşəkar seçki təcrübəsi yaranıb”"

Leave a comment

Your email address will not be published.


*