Rəhman Cəfərli Sayıtlarda haqqında yazılanlarla bağlı AÇIQLAMA VERDİ

Rəhman Cəfərli Millixəbər.az-a haqqında bəzi internet sayıtlarında dərc edilən yazılarla bağlı aşağıdakı məlumatı göndərmişdir.

R.Cəfərli onu da bildirmişdir ki, işinə məsuliyyətlə yanaşan bütün jurnalistlərə böyük hörmətlə yanaşır. Çox istərdim bu sayaq jurnalistlər DİLƏK Tədris Akademiyasına gələrək işgüzar fəaliyyətimizlə yaxından tanış olsunlar.

Salam əziz dostlar.
Bir neçə gündür rəhbərlik etdiyim DİLƏK Tədris Akademiyasının fəaliyyətinə xələl gətirmək məqsədilə özünü “Jurnalist” (dırnaq arası) .red kimi təqdim edən Murad Musayev adlı “şəxs” akademiyamızın növbəti sınaq imtahanı ilə bağlı müxtəlif saytlara qərəzli və böhtan xarakterli məlumatlar göndərmişdir.
Həmin məlumatlarda eyni zamanda rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışan mənim anam haqqındada müəyyən fikirlər bildirmişdir.Bu məlumatlar Dilək Tədris Akademiyasında çalışan idarə heyətini narahat etmiş və bu məqsədlədə idarə heyəti adından rəhbər R.Cəfərli olaraq müxtəlif saytlara fikirimi bildirirəm.
Məlumat üçün bildirirəm ki, M.Musayevə cavab məqsədilə mənim telefon nömrəm (Whatsapp) vasitəsilə yazılan təhqiredici ifadələr müxtəlif yollarla telefonumdan istifadə edilərək kimlərsə tərəfindən yazılmışdır.

Onuda qeyd edimki,Mesajlar yazılan tarixdə hüquq-mühafizə orqanlarına müraciət etdim və hal-hazırda hüquq-mühafizə orqanları tərəfindən rəsmi araşdırma aparılır.

R.Cəfərli
03.06.2018

Be the first to comment on "Rəhman Cəfərli Sayıtlarda haqqında yazılanlarla bağlı AÇIQLAMA VERDİ"

Leave a comment

Your email address will not be published.


*