Azay Quliyev: “Girovların götürülməsi beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır”.
(24-02-2017, 18:57)

Azay Quliyev: “Girovların götürülməsi beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır”.
ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev fevralın 24-də qurumun Vyanada keçirilən 16-cı qış sessiyasında çıxış edib:
“ATƏT regionu və ətrafdakı ərazilərdə ciddi böhran və münaqişələr baş verir. Bu baxımdan, böhran və münaqişə dövründə insan hüquqlarının müdafiəsi xüsusi əhəmiyyətə malikdir.
Yalnız münaqişələrin yekun və davamlı həlli bu hüquqların pozulma faktına son qoya bilər. Günahsız vətəndaşlar həll yolunun tapılmamasına görə əziyyət çəkməməlidirlər. Münaqişələrin həllinə çalışarkən, biz həmçinin gələcək pozuntuların qarşısının alınmasında və insanların əzablarını yüngülləşdirməyə çalışmalıyıq.
Mən beynəlxalq ictimaiyyətin də yaxından maraq göstərməli olduğu üç məsələ üzərində durmaq istəyirəm.
Məcburi köçkünlərin müdafiə məsələlərinə xüsusi diqqət ayrılmalıdır. Böhran və silahlı münaqişələr səbəbindən milyonlarla insan öz doğma torpaqlarından məhrum olublar. Qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunması diqqət mərkəzində olmalıdır. Böhran və münaqişənin yaşayış yeri tapmaq, torpaq və əmlak məsələlərinə təsiri evlərini tərk etməyə məcbur olmuş insanların öz yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etmək üçün davamlı yanaşma tələb edir.
İtkin düşmüş insanların məsələsi böhran və münaqişələrin ən faciəvi nəticələrindən biridir. Yüz minlərlə adam öz qohum və yaxınlarının harada olması barədə hələ də məlumat gözləyir. Beynəlxalq və yerli səviyyədə deputatlar itkin düşmüş şəxslərin problemlərinin həlli, qurbanların ailələrinə yardım etmək və sonrakı belə hadisələrin qarşısını almaq üçün aydın milli siyasətlərin qərarının təşviqində aparıcı rol oynaya bilərlər.
Bununla yanaşı, girov və müharibə əsirləri məsələsinə də diqqət ayrılmalıdır. Girovların götürülməsi beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır. Bu kimi bütün hallar birlikdə mühakimə olunmalı və belə pozuntuların qarşısını almaq üçün dəqiq addımlar atılmalıdır.
Münaqişə zonalarının yaxınlığında yaşayan insanların hüquqları, xüsusilə də onların sağlamlığı və təhlükəsizliyinə diqqət yetirməliyik. Mülki vətəndaşların yaşadığı ərazilərin qəsdən hədəfə alınması, onların evlərinə, torpaq və mülkiyyətinə hücum edilməsi mülki əhalinin yaşamaq, ev və mülkiyyət hüquqları kimi əsas hüquqları pozur. Bu kimi bütün halların qarşısı alınmalı və onların pozulmuş hüquqlarını bərpa edilməlidir.
Bütün bu məsələlərlə həqiqi dialoq formasında məşğul olmaq və hərtərəfli strategiya hazırlamaq bizim məsuliyyətimizdir. Vətəndaşlarımız üçün təhlükəsiz və azad mühitin yaradılması naminə cəhdlərimizi birləşdirməliyik”.


Ana səhifəyə qayıt

Axtariş

Reklam

Xəbər Lenti

20-sentyabr-2017
 
20-sentyabr-2017
 
20-sentyabr-2017
 
20-sentyabr-2017
 
19-sentyabr-2017
 
19-sentyabr-2017
 
19-sentyabr-2017
 
15-sentyabr-2017
 
11-sentyabr-2017
 
11-sentyabr-2017
 
11-sentyabr-2017
 
09-sentyabr-2017
 
09-sentyabr-2017
 
09-sentyabr-2017
 
08-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
Reklam

Reklam
Reklam