Millət vəkili Q. Paşayeva Makedoniya prezidenti və Birinci Xanımı ilə görüşüb
(13-07-2017, 01:19)

Millət vəkili Q. Paşayeva Makedoniya prezidenti və Birinci Xanımı  ilə görüşüb
İspaniyada keçirilən beynəlxalq forum çərivəsində millət vəkili Qənirə Paşayeva Makedoniya prezidenti Georgi İvanov və Birinci Xanım Maya İvanova ilə görüşüb. Görüş zamanı Azərbaycanla əməkdaşlığın genişlənməsinə böyük önəm verdiklərini deyən Makedoniya prezidenti bildirib ki, Azərbaycan və Makedoniyanın beynəlxalq arenada bir-birinə qarşılıqlı dəstəyinin daha da artması vacib və əhəmiyyətlidir və bütün sahələrdə əməkdaşlıq genişlənir. O, Azərbaycan prezidenti İlham Əliyevlə dost münasibətlərinin olduğunu və bunu yüksək qiymətləndirdiyini vurğulayıb. Millət vəkili Makedoniya prezidenti ilə görüşdə Ermənistanın törətdiyi vandalizm aktlarından,beynəlxalq ictimaiyyətin bununla bağlı etiraz səslərini ucaltmasının artmasının vacibliyindən danışıb. Makedoniya prezidenti G. İvanov Azərbaycana səfəri, səfər çərçivəsində önəmli müzakirələrin aparıldığını xüsusi vurğulayaraq Azərbaycanla iqtisadiyyat, enerji, turizm və digər sahələrdə əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını deyib. Azərbaycan prezidenti İlham Əliyevlə gözəl dostluq və əməkdaşlığın əlaqələrimizin daha da inkişafına təkan verəcəyinə inanıram deyən Makedoniya prezidenti iki dost ölkə arasında əməkdaşlığın daha da genişlənməsində millət vəkilləri, QHT və biznes qurumları arasında əməkdaşlığın genişlənməsinin də böyük önəm daşıdığını vurğulayıb. Millət vəkili Q.Paşayeva Makedoniyanın Birinci Xanımı Maya İvanovaya ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu ilə bağlı danışıb və fikir mübadiləsi olub. Ölkələrimizin qadın fəalları arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğu xüsusi vurğulanıb.


Ana səhifəyə qayıt

Axtariş

Reklam

Xəbər Lenti

20-sentyabr-2017
 
20-sentyabr-2017
 
20-sentyabr-2017
 
20-sentyabr-2017
 
19-sentyabr-2017
 
19-sentyabr-2017
 
19-sentyabr-2017
 
15-sentyabr-2017
 
11-sentyabr-2017
 
11-sentyabr-2017
 
11-sentyabr-2017
 
09-sentyabr-2017
 
09-sentyabr-2017
 
09-sentyabr-2017
 
08-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
Reklam

Reklam
Reklam