Bakıda ötən həftə piyadanı vurub öldürən 90 AA 159 dövlət nömrə nişanlı “Lexus” markalı avtomobilin kimə aid olması haqda sensasion məlumat yayılıb
(13-08-2017, 15:57)

Bakıda ötən həftə piyadanı vurub öldürən 90 AA 159 dövlət nömrə nişanlı “Lexus” markalı avtomobilin kimə aid olması haqda sensasion məlumat yayılıb
Ulus.Az-ın verdiyi xəbərə görə, sözügedən maşının Nəsimi rayon icra başçısı Asif Əsgərova məxsus olduğu iddia edilir.

Bu xəbəri Həbib Müntəzir Feysbuk statusunda paylaşıb. Lakin Nəsimi Rayon İcra Hakimiyyəti məlumatı nə təsdiq, nə təkzib edib. Sadəcə, Baş nazirin müavini Əli Həsənovun nəvəsinin məlum cinayəti bu olayı diqqətdən kənar qoyub.

Hadisə avqustun 5-də, saat 21:00 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində baş verib.

Qəsəbə sakini Elvin İsmayılzadə idarə etdiyi “Lexus” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Mübariz Dalovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Məlum olub ki, 90 AA 159 dövlət nömrə nişanı "VAZ” markalı avtomobilə məxsus olub. Bu nömrə DYP-nin mərkəzi məlumat sistemində "Belrustroy” MMC-yə məxsus "VAZ” markalı avtomobilin üzərində qeydə alınıb.

Lakin "Lexus”un sahibi qanunsuz olaraq başqa nəqliyyat vasitəsinə məxsus nömrə ilə sürət həddini aşarkən piyadanı vurub öldürüb.

Bəzi imkanlı şəxslər avtomobilinə AA seriyalı nömrə almaq üçün daimi fəaliyyəti olmayan şirkət yaradırlar.

Çünki DYP AA seriyalı nömrələri yalnız hüquqi şəxslərə verir. Nömrəni əldə etdikdən sonra onu bəzən bir neçə avtomobilin üzərinə bağlayıb sürürlər.

Bəzən isə üzərində AA seriyalı nömrə olan ucuz avtomobilləri nömrə qarışıq alaraq sonradan həmin nömrədən öz məqsədləri üçün istifadə edirlər.

Ulus.Az-ın verdiyi xəbərə görə, həmin avtomobilin Nəsiminin icra başçısı əlaqəli olması gizlədilir. H.Müntəzir isə həmişə mötəbər mənbələrdən aldığı informasiyalar yayır.

Ancaq icra başçısının bu dəfə bəxti gətirib ki, həm cəmiyyətin fikri Ə.Həsənova yönəlib, həm də qəzanı törədən şəxsin adı başqadır.

A.Əsgərovun oğlu İlham Əsgərli “Mcdonalds” restoranlarının Bakı üzrə şefi Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyevi avtoqəzada öldürmüşdü.

Məhkəmə başçının oğluna 5 il həbs cəzası kəssə də, səhhətində problem adı ilə ev dustaqlığına buraxılmışdı. A.Əsgərovun müavini də qəza törədərək insan həyatına son qoymuşdu.

Xatırladaq ki, “McDonalds Azərbaycan”ın rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyevin ölümü ilə nəticələnən yol qəzası 2014-cü il sentyabrın 27-də Türkan-Zığ yolunda baş verib.

Birlikdə təhsil alan və dost olan İlham Əsgərli ilə Sənan Mirzəyev həmin gün Şüvəlana “Paintball” oynamağa gediblər.

İlham Əsgərlinin idarə etdiyi “Mercedes S 500” markalı avtomobil yolda arxadan Əhliman Süleymanovun idarə etdiyi “Howo” markalı yük maşını ilə toqquşub.

Nəticədə Sənan Mirzəyev dünyasını dəyişib, İlham Əsgərli, eləcə də hadisə zamanı maşında arxa oturacaqda olmuş sürücüsü Pərvin Fətullayev isə xəsarət alıb.

Qeyd edək ki, hadisə ilə əlaqədar İlham Əsgərli ilə yanaşı, yük maşınının sürücüsü, Qəbələ rayonunun Karxana kənd sakini Əhliman Süleymanov da məsuliyyətə cəlb olunub. Ancaq məmur oğlu cəmi 6 ay həbsdə saxlanıb.

Son qəzaya gəlincə, Baş Dövlət Yol Polisi İdarəsindən verilən açıqlamada qəza törətmiş avtomobilin GESCO Mühafizə Şirkətinə məxsus olduğu deyilib.

Məlumat üçün qeyd edək ki, “GESCO” mühafizə və təhlükəsizlik şirkəti 2005-ci ildən fəaliyyət göstərir.

Prezident dəfələrlə məmurların və övladlarının harınlıq etməsinə görə xəbərdarlıq edib, cəzalandırıb. Amma qudurğanlıq davam edir.

Nəsimi RİH-nin iddialarla bağlı mövqeyini dərc etməyə hazırıq.


Ana səhifəyə qayıt

Axtariş

Reklam

Xəbər Lenti

20-sentyabr-2017
 
20-sentyabr-2017
 
20-sentyabr-2017
 
20-sentyabr-2017
 
19-sentyabr-2017
 
19-sentyabr-2017
 
19-sentyabr-2017
 
15-sentyabr-2017
 
11-sentyabr-2017
 
11-sentyabr-2017
 
11-sentyabr-2017
 
09-sentyabr-2017
 
09-sentyabr-2017
 
09-sentyabr-2017
 
08-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
07-sentyabr-2017
 
Reklam

Reklam
Reklam