Azərbaycan əleyhinə təbliğata maliyyə ayıran biznesmen, müxalifətçi İQBAL AĞAZADƏ

Mən istəyirəm ki, hər bir şəhərə, hər bir kəndə 24 saat fasiləsiz su verilsin… Azərbaycan əhalisinə verilən və veriləcək su Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun olmalıdır.

İlham Əliyev

Prezidentin bu niyyətini puç edən məmurlar susqunluqla məlumatları izləyir heç bir rəy bildirməməkdədirlər. Susmaqları ilə yanaşıda Azərbaycan xalqına gələcəkdə dəyəcək ziyanların qarşısını almamaqda israrlıdırlar. Məqsəd nədir…?

Ümid partiyasının lideri İqbal Ağazadə. Bu şəxs görünüşdə müxalifət əslində isə nə müxalifətdi nə iqtidar. Heçbir düşərgədə yer tapa bilmədiyindən özü hansı istiqamətə istəyir o tərəfədə yönəlir. Bu yaxında əldə etdiyimiz məlumata görə, Ağazadələrin ölkədən xaricdə yaşayan və media qurumlarını idarə edən şəxslərlə bağlı mütamadi əlaqələrinin olmasıdır ki, buda normal bir hal kimi hesab etmək olar. Bir partiya rəhbəri istər xaricdə istər daxildə media ilə əlaqədə ola bilər. Amma bir partiya sədrinin onun partiyasına məxsus olmayan media qurumlarını maliyyələşdirməsi heçdə bir mənalı qarşılana bilməz. Ümid partiyasının sədri İ.Ağazadə qərargahının düz yanında “KANAL13” youtub kanalına ofislə təmin etmiş və onların Azərbaycan dövlətinin onun hakim partiyası ilə yanaşı Prezident eleyhinə video roliklərin dərc edilməsinə şərait yaratmaqla yanaşı aylıq 2500 manat maddi dəstək verməkdə idi. Kanalın rəhbərliyinin həbs edilməsindən sonra təşvişə düşərək maliyyəni dayandırmaq məcburiyyətində qaldı. Əlavə olaraq daxil olan məlumatlara görə, “MEYDAN TV” Emin Milli (Hüseynova) o cümlədən bəzi blogerlərədə aylıq maddi dəstək verilməsində yaxından iştirak etmişdir. Düzdür sual edəcəksiniz ki İqbal Ağazadə bu qədər maliyyəni hardan alıb ki bu qədər insanlarla təmasda olaraq onlara pullar verib. Bu məslənidə sizlərə çatırmaq üçün məhs bu yazını yazmaq qərarına gəldik. Dövlət və dövlətçiliyə sadiq olan media qurumlarına maliyyə verməkdən hər zaman imtina edən Ağazadələr maliyyə qaynağı olaraq Hacı kimi tanınan İqbal Ağazadənin qardaşı biznesmen kimi təqdim edilən İlqar Ağazadənin vasitəsi ilə həyata keçirilməkdədir. Belə ki, İlqar Ağazadə hələ qardaşı deputat mandatı olduğu zaman tikinti sektorunda imperya qurmuş və bu imperiyanın qazancındanda dövlətin əleyhinə yetərli qədər istifadə etmişdir bugündə etməkdədir. Həmçinin İlqar Ağazadənin qisas planıda qardaşı İqbal Ağazadənin mandatının əlindən alınmasına hesablanıb ki burdada o dövlətin lazımı sahələrinə podratçı kimi daxil olur və vura bildiyi qədər gələcək üçün milyonluq zərərlərə zəmin yaradır. Dəfələrlə bu barədə yazmağımıza baxmayaraq nə “Azərsu” ASC nə də “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi məsləyə heç bir müdaxilə etmədi. Yayılan məlumatları məhs Ağazadələrin mediadan sildirmə cəhdidə bunun subutudur. Ağazadələrin məqsədi bəli məramı bəli! Bu “Azərsu” ASC və “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi dövlətin əleyhinə apardığı işlərə nə deməli sizin məqsədiniz nədir? Kimdən tapşırıq alıb müxalifət partiyalarına maliyyə qaynaqları yaratmaqdasınız…? Qardaş türkiyədə baş verən olayların təkrarını Azərbaycan xalqına yaşatmaq niyyətiniz var? Bütün bunlara susmaqla edilən ittihamlara razılığınızı bildirdiyinizdən xəbərdarsınızmı? İlqar Ağazadəyə yaradılan bu şərait vaxtı ilə Türkiyə FƏTÖ-cilara yaradılan şəraitlərlə eynidir. Onlarda milyonluq lahiyələrin iştirakçısı və icraçısı olmaqla sonra DARBE deyə baş qaldırdılar. İndi siz deyin bu atılan addımlar nəyin hesablamasıdır. Xalqın dəstəklədiyi liderinə qarşı üsyan deyildə nədir? Dövlət idarələrində Prezidentə xəyanət var desək yanılmarıq…

Yazıda adları keçən şəxslərin və qurumların mövqeyin dinləməyə hazırıq.

BakuNews.az

Be the first to comment on "Azərbaycan əleyhinə təbliğata maliyyə ayıran biznesmen, müxalifətçi İQBAL AĞAZADƏ"

Leave a comment

Your email address will not be published.


*