Prezident İlham Əliyevin vəzifədən kənarlaşdırdığı şəxslərdən biri də Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdur

N. İbrahimovun vəzifəsinin öhdəsindən vicdanla, ləyaqətlə gələ bilməməsini adi insanlar və aşağı ranqlı məmurlar deyil, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev səsləndirib.

R. Mehdiyev qeyd edib ki, N. İbrahimovun rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də Orta Asiyada yaşayan azərbaycanlılarla heç bir iş görülməyib:

“Düzdür, Komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsi üçün dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.

Verilən məlumata görə, Prezident Administrasiyasının rəhbəri R. Mehdiyevin toxunduğu məsələlər bütövlükdə Azərbaycan diasporasının problemləri ilə bağlı olsa da, əslində, Diasporla İş üzrə Dövlət Komitəsinin birbaşa qeyd olunan sahələr üzrə məsul şəxslər hələdə iş başındadır.

Ona görə də ehtimal olunur ki, N. İbrahimovdan sonra Elşad Miraləm də vəzifədən azad ediləcək.

Məlumata görə, Avropadakı “söyüş trolları”na qarşı hərəkətsizlik, o ölkələrdəki diaspor təşkilatlarımızın “gözdən itməsi” diqqətdən qaça bilməz. “Ona görə də akademikin dediyi kimi, bu ölkələrdəki diaspor fəaliyyətinin gücləndirilməsi mütləqdir. Proses göstərir ki, bunun üçün də komitəyə fəal, işgüzar komanda gətiriləcək və İbrahimovun yarıtmaz kadrlarının çoxu “vurulacaq”. Böyük ehtimalla “vurulan” şəxslərdən biri də komitənin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Elşad Miraləm olacaq”,- deyə mənbə bildirib.

Xatırladaq ki, komitənin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Elşad Miraləmin adı bir müddət öncə müəyyən yeyinti işlərində hallanmasına baxmayaraq hələdə öz vəzifəsinə davam etdirir.

Be the first to comment on "Prezident İlham Əliyevin vəzifədən kənarlaşdırdığı şəxslərdən biri də Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdur"

Leave a comment

Your email address will not be published.


*