Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi 170 ünvanında yaşayan sakinlər etiraz aksiyası keçirib

Xeberdaram.az A24.Az-a istinadən xəbər verir ki, sakinlər uzun müddətdir yaşadıqları mənzillərdə söküntü işləri aparılmasına etiraz ediblər.

Sakinlər iddia edib ki, söküntü işlərini Səbail rayon İcra Hakimiyyəti aparır. Hətta evlərindən çıxmaq istəməyən sakinlərə şiddət də göstərilib.

Sakinlərin şikayətlərini səsləndirdikləri görüntüləri sizə təqdim edirik:

Nərmin Kərim, A24.Az

Be the first to comment on "Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi 170 ünvanında yaşayan sakinlər etiraz aksiyası keçirib"

Leave a comment

Your email address will not be published.


*