Yeni il yaxınlaşdıqca mağaza rəflərində hədiyyə boğçalarının sayı artmağa başlayır

İllərdir davam edən bu ənənə uşaqların bayram sevincinə sevinc qatır.
Əvvəllər Şaxta baba sovqatı adlandırılan bu hədiyyələr sellofan torbalarda, müxtəlif heyvan maskaları, şirniyyat və meyvələrlə hazırlanırdı. Son illərdə isə hədiyyələrin miqyası daha da böyüyərək rəngli və bəzəkli karton qutularda təqdim olunmağa başladı.
İçi görünməyən sürpriz bağlamalar hərdən sözün əsl mənasında, valideynlərə “sürpriz” olur. Belə ki, qutular kənardan cəlbedici olsa da, içində az və vaxtı keçmiş məhsulların yerləşdirdiyindən gileylənirlər.
“Qafqazinfo” olaraq bayramqabağı bir necə supermarketdə apardığımız müşahidərlərdən o qənaətə gəldik ki, artıq bu narahatlığa çarə tapılıb. İndi qutuların üzərinə istehsalçı şirkətin adı, qutudakı məhsulların sayı və istifadə müddəti qeyd olunub.
Qutudakı çeşidin sayından və keyfiyyətindən asılı olaraq mağazalarda qiyməti 1.50 qəpikdən 40 manata kimi olan hədiyyə qutuları təklif olunur.
Biz də öz növbəmizdə həmin bağlamalardan birinin içindəki məhsullarla eyni qiymətə ala biləcəyimiz məhsulları müqayisə etdik.
Seçdiyimiz hazır hədiyyə qutusunun qiyməti 4,60 qəpik oldu. Qutuda 5 məhsul yerləşdirilib:

Meyvə şirəsi;

Çubuq;

Peçenye;

Sürpriz yumurta;

“Puf”.

İndi öz hədiyyə qutumuzu hazırlayırıq. Əvvəlcə hazır bağlamadakı məhsulların qiymətini toplayırıq. Beş məhsulun ümumi dəyəri 2.63 manat tutur. Əlimizdə qalan 1.97 qəpiyə məbləğlə isə hədiyyə qutumuza əlavələr edirik:

Vafli;

Keks;

“Kat-kat tat”;

Şokolad;

Portağallı peçenye;

Bizim hazırladığımız hədiyyə qutusunun qiyməti isə 4,53 manat olur. Bundan əlavə, hədiyyə qutusunu özünüz hazırladıqda məhsul çeşidliliyindən də yararlana bilirsiniz.

Be the first to comment on "Yeni il yaxınlaşdıqca mağaza rəflərində hədiyyə boğçalarının sayı artmağa başlayır"

Leave a comment

Your email address will not be published.


*